Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:49

Johnson Moskvanı “təcavüzkar” əməllərdən çəkinməyə çağırıb


Rusiya prezidenti President Vladimir Putin Britaniyanın baş naziri Boris Johnson, 19 yanvar 2020, Berlin
Rusiya prezidenti President Vladimir Putin Britaniyanın baş naziri Boris Johnson, 19 yanvar 2020, Berlin

Böyük Britaniyanın baş naziri Boris Johnson ilk dəfə Berlində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Azadlıqradiosunda olan məlumata görə, Johnson Rusiya liderini Britaniya ərazisində “təcavüzkar” əməllərdən çəkinməyə çağırıb.

Liderlər Liviya ilə bağlı Berlində keçirilən beynəlxalq konfrans çərçivəsində görüşüblər.

Johnson rusiyalı keçmiş kəşfiyyatı Sergei Skripal və qızı Yulianın Britaniyanın Solsberi şəhərində zəhərlənmələrini “kimyəvi silahdan ehtiyatsız istifadə” və” açıq-aşkar günahsız insanları öldürməyə cəhd” adlandırıb.

O Putinə deyib ki, Böyük Britaniyanın bu məsələdə mövqei dəyişməyib.

Boris Johnson qeyd edib ki, Rusiya Böyük Britaniya və onun müttəfiqlərinə qarşı təhdidedici hərəkətləri dayandırmayınca iki ölkə arasındakı münasibətlər normallaşmayacaq.

XS
SM
MD
LG