Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:40

Putin-Trump görüşünün vaxtı iyunun 28-də elan ediləcək


Vladimir Putin (solda) və John Bolton
Vladimir Putin (solda) və John Bolton

ABŞ prezidenti Donald Trump deyib ki, onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü iyulun 11-12-də Brüsseldə keçirilən NATO sammitindən sonra baş tuta bilər. O bildirib ki, Putinlə görüşdə Suriya müharibəsi və Ukraynadakı vəziyyəti müzakirə edəcək.

***

ABŞ milli təhlükəsizlik müşaviri John Bolton təsdiq edib ki, prezidentlər Donald Trump və Vladimir Putin arasında görüşün dəqiq vaxtı və yeri barədə bəyanat iyunun 28-də elan ediləcək.

Bolton deyib ki, bu barədə açıqlama Vaşinqton və Moskvada eyni vaxtda veriləcək.

Boltonun sözlərinə görə Trump Putinlə görüşdə Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi barədə iddialar da daxil bir sıra məsələləri qaldıracaq. Yeri gəlmişkən Boltonun bəyanatının bu hissəsi Putin tərəfindən təkzib edilib.

Müşavir deyib ki, o sözü gedən sammitdə konkret nəticələrin əldə olunacağını istismar etmir.

Bundan əvvəl Kreml rəsmilərindən biri demişdi ki, Trump və Putin arasında ilk tammiqyaslı görüş hər iki ölkə üçün münasib olan üçüncü ölkədə keçiriləcək.

O əlavə edib ki, bu sammitin hazırlığına bir neçə həftə lazım gələcək.

***

Rusiya prezidenti Vladimir Putin iyunun 27-də ABŞ milli təhlükəsizlik müşaviri John Boltona deyib ki, onun səfəri iki ölkə arasında həddən artıq pis münasibətllərin yaxşılaşdırılması istiqamətində addımların atıla biləcəyinə “ümidlər yaradır”.

Bolton Moskvaya ABŞ-Rusiya münasibətlərini, habelə Putin və Donald Trump arasında mümkün görüşün təşkilini müzakirə etmək üçün səfər edib.

Kremldə keçirilən görüş zamanı Putin Soyuq müharibə rəqibləri arasındakı münasibətlərin “yaxşı vəziyyətdə olmamasından” təəssüfünü bildirib və deyib ki, münasibətlərin bu qədər pisləşməsi qismən də Birləşmiş Ştatlardakı “daxili siyasi çarpşmalarla” əlaqədardır. Beləliklə də o, bu münasibətlərdə Trump-ı günahlandırmadığını vurğulamış olub.

"Rusiya heç vaxt qarşıdurma istəməyib və mən ümid ediəm ki, biz bu gün iki tərəfin bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan tam formatlı münasibətlərinin bərpa edilməsi üçün görülməli olan işləri müzakirə edə bilərik”.

Bolton deyib ki, o “Rusiya-ABŞ münasibətlərinin necə yaxşılaşdırıla biləcəyinin və hansı sahələrdə razılığa gəlinə və birlikdə tərəqqi edilə biləcəyinin aşkar olunması üçün aparılacaq müzakirəyə ümid bəsləyir”.

Bolton deyib ki, keçmişdə Moskva və Vaşinqton arasında fikir ixtilafları mövcud olanda Rusiya və ABŞ liderləri görüşərdilər və bu “hər iki ölkə üçün, dünyada sabitlik üçün yaxşı olardı”.

Milli təhlükəsizilik müşaviri əlavə edib ki, “prezident Trump bu məsələdə güclü əminliyə malikdir”.

Bolton Putinlə görüşməzdən əvvəl xarici işlər naziri Sergey Lavrovla və Putinin Milli Təhlükəsizlik Şurasının vəzifəli rəsmisi Yury Averyanovla ayrıca danışıqlar aparıb.

Bu da xəbər verilir ki, ən azı qismən Boltonla Putin arasındakı görüşdə Lavrov, müdafiə naziri Sergei Shoigu, ABŞ səfiri Jon Huntsman, Trump-ın müşaviri Fiona Hill də iştirak ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Lavrov və Bolton ikitərəfli əlaqələrdən başqa həm də, Suriya və Ukrayna münaqişələri kimi qlobal problemləri müzakirə ediblər.

Bolton Moskvaya səfərindən əvvəl iyunun 25-26-da London və Romada ABŞ-ın müttəfiqləri ilə görüşüb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi John Bolton İyunun 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşür.

AzadlıqRadiosunun məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dimitry Peskov deyib.

Onun sözlərinə görə John Boltonun xarici işlər naziri Sergei Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Ushakov və Rusiya təhlükəsizlik şurasının rəhbərliyi də daxil olmasqla iyunun 27-də Moskvada bir neçə görüşü nəzərdə tutulur.

ABŞ rəsmisinin Rusiyaya səfəri zamanı iki ölkə prezidentinin mümkün görüşünə hazırlıq məsələləri müzakirə olunmalıdır.

Bu sammitin iyulda baş tutacağı gözlənir.

Peskov bildirib ki, Vladimir Putin görüş zamanı ikitərəfli münasibətlərin “pis vəziyyətdə” olması barədə məsələ qaldırmaq fikrindədir.

Bolton bundan əvvəl-iyunun25-26-da London və Romada ABŞ-ın müttəfiqləri ilə görüşüb.

Onun Moskva vaxtı ilə axşam saat 7:30-da mətbuat konfransı keçirəcəyi gözlənir və sammitin vaxtı və yerini də elan edə bilər.

ABŞ dövlət katibi Mike Pompeo bu günlərdə televiyaya müsahibəsində demişdi ki, yaxın vaxtlarda prezidentlərin görüşü gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG