Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yerevana gedir


Johannes Hahn və Edward Nalbandian
Johannes Hahn və Edward Nalbandian

Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komisarı Yohannes Han (Johannes Hahn) oktyabrın 2-də Ermənistana gedəcək.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Ermənistan xarici işlər nazirliyinin mətbuat xitmətindən bildiriblər ki, o səfər zamanı president Serzh Sarkisian və baş nazir Karen Karapetyanla görüşəcək.

Yohanes Han həmçinin oktyabrın 2-də Ermənistanın xarici işlər naziri ilə görüşəcək və sonda birgə bayanatla çıxış edəcəklər.

Qeyd edək ki, Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri səfir Petr Svitalsky bu günlərdə Ermənistan hakimiyyətini gözləməməyə və Ermənistanla Avropa Birliyi arasında viza rejiminin liberallaşdırılması prosesinə hazırlaşmağa çağırıb.

Pyotr Svitalsky və Edward Nalbandian
Pyotr Svitalsky və Edward Nalbandian

Svitalsky, bu ilin noyabrında Avropa Birliyi ilə Ermənistan arasında imzalanmalı yeni razılaşma ilə bağlı yaxşı xəbər olacağını vurğulayıb.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyi “Şərq tərəfdaşlığı”-nın sammiti keçiriləcək.

Buna da bax:AB rəsmisi: «Ermənistan viza rejiminin sadələşdirməsinə başlamalıdı»

Xatırlatma

Qeyd edək ki, Azərbaycan da Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar da Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG