Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Joe Biden-in 2020-ci il seçkisinə namizədlik elan edəcəyi gözlənilir


Joe Biden
Joe Biden

ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden ehtimallara görə 2020-ci ilin prezident seçkisinə demokratların namizədi kimi qatılacağını gələn həftə bəyan edəcək.

Bu barədə məsələ ilə yaxından tanış olanlara istinadən ABŞ mediası yazır.

The New York Times qəzeti aprelin 19-da yazıb ki, bugünlərdə Demokrat Partiyasının bir neçə donorlarına Biden-in namizədliyinin dəstəklənməsi ricası ilə e-mail göndərilib.

Bu arada Associated Press xəbər verib ki, Biden-in namizədliyi barədə bəyanat aprelin 24-də veriləcək.

76 yaşlı Biden 2009-cu ildən 2017-ci ilədək prezident Barack Obamanın vise-prezidenti olub.

Bundan əvvəl o az qala 40 il müddətində ABŞ-ın Delaver ştatını senator kimi təmsil edib. Joe Biden həm də prezidentliyə namizəd olmaq üçün uğursuz cəhd edib.

Bundan əvvəl bir çox ekspertlər Biden-in 2020-ci il seçkisinə qatılacağına dair ehtimal irəli sürmüşdülər.

Lakin onlardan bəziləri Biden-in yaşından narahatlıq bildirir, demokratları daha cavan namizədlərə diqqət yetirməyə çağırırlar.

Biden ötən mart ayında 2014-cü ildə keçirilmiş seçki kampaniyası dövründə Nevada ştatının vise-qubernatorluğuna namizəd Lucy Flores-in onun çiyinlərinə toxunduğu və başının arxasından öpdüyü barədə iddialarına cavab verməli oluib.

Bu iddialara cavab olaraq Biden demişdi:

“Mən uzun illər kampaniyalarda və ictimai həyatım ərzində saysız-hesabsız insanlarla əl verib görüşmüş, qucaqlaşmış, rəğbət, dəstək və təskinliyimi ifadə etmişəm. Amma yadımda deyil ki, bircə dəfə də olsun nalayiq hərəkət edim. Əgər belə etdiyim deyilirsə, mən hörmətlə dinləməyə hazıram. Amma bu heç vaxt mənim niyyətim olmayıb”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG