Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 22:16

Demokrat Beto O'Rourke də seçkiyə gedir


ABŞ-da konqres seçkisi, 6 noyabr, 2018-ci il

Texas ştatından Nümayəndələr Palatasının üzvü Beto O'Rourke də 2020-ci ildə demokratlardan prezidentliyə namizəd olmaq üçün yarışa qoşulur.

46 yaşlı O'Rourke martın 13-də deyib ki, rəsmi açıqlama martın 14-də veriləcək.

O, ötən il respublikaçı senator Ted Cruz-a uduzanadək elə də çox tanınmırdı.
Görünür, O'Rourke senata seçkilər zamanı əldə etdiyi şöhrətdən demokratların namizəd olmaqda yararlanmağa çalışacaq.

Texas ştatı adətən respublikaçılara meylləndiyindən o, medianın diqqətini özünə cəlb edə bilmişdi.

İndiyədək azı 12 demokrat gələnilki seçkilərə gedəcəyini açıqlayıb. Keçmiş vitse-prezident, 76 yaşlı Joe Biden hələlik, rəsmi açıqlama verməsə də, müşahidəçilər onun da seçki marafonuna qatılacağını gözləyirlər.

Demokratlar və respublikaçıların namizədləri praymeriz seçkilərində müəyyənləşir. 2020-ci il seçkisində demokratların namizədinin indiki Prezident Donald Trump ilə üzləşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG