Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

İranın xarici işlər naziri Javad Zarif Bağdadda səfərdədir


İraq prezidenti Barham Salih və İranın xarici işlər naziri Mohammad Javad Zarif, 25 may, Bağdad
İraq prezidenti Barham Salih və İranın xarici işlər naziri Mohammad Javad Zarif, 25 may, Bağdad

İranın xarici işlər naziri Javad Zarif Bağdada rəsmi səfərə gedib.

Bu barədə mayın 26-da AP və DPA agentlikləri xəbər verirlər.

Mayın 25-də başlayan 2 günlük səfər zamanı o,ölkə rəsmiləri ilə regiondakı son durumu müzakirə edəcək.

Javad Zarif iraqlı həmkarı Mohamed Alhakim, ölkə prezidenti Barham Salih və baş nazir Mohammed al-Halbousi ilə görüşəcək.

Səfər,son zamanlar ABŞ-İran münasibətlərinin gərginləşdiyi dövrə təsadüf edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan bir gün əvvəl Yaxın Şərqdə əlavə 1500 canlı qüvvə yerləşdiriləcəyini bəyan edib.

Bundan başqa ABŞ Dövlət katibi bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya 8,1 milyar dollarlıq silah və sursat satacaq.

ABŞ deyir ki, məqsəd İrandan gələn təcavüzün qarşısını almaqdır.

ABŞ hələ mayın əvvəllərində Fars körfəzinə təyyarədaşıyan gəmi göndərib.

Xatırlatma

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il-2018-ci ildə ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.

Buna da bax: İran gərginliyin azaldılması üçün ABŞ-la danışığın ‘mümkün olmadığını” deyir

İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.

ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.

Birləşmiş Ştatlar İranı nüvə sazişinin şərtlərini pozmaqda günahlandırır.

Tehran ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG