Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:39

İran gərginliyin azaldılması üçün ABŞ-la danışığın ‘mümkün olmadığını” deyir


İranın xarici işlər naziri Mohammad Javad Zarif
İranın xarici işlər naziri Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, Birləşmiş Ştatlarla münasibətlərdə artmaqda olan gərginliyin azaldılması üçün “imkan” yoxdur.

Zarifin mayın 16-da verdiyi bu bəyanatdan bir gün əvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, İranın “tezliklə” Vaşinqtonla danışıqlar istəyəcəyindən əmindir.

Lakin Trump bu bəyanatdan əvvəl, mayın 9-da bildirmişdi ki, İranla hərbi qarşıdurmanı istisna etmir.

İki ölkə arasında gərginlik Trump 2018-ci ilin mayında ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra artmağa başlayıb.

İranın ABŞ-da daxil 6 dünya gücü ilə imzaladığı bu saziş Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaları qaldırmalı idi.

Lakin ABŞ bu sazişdən çıxdıqdan sonra İranın üzərinə neft də daxil ən önəmli sahələr üzrə Amerika sanksiyaları bərpa olunub.

Bu arada Trump həm də Yaxın Şərq və Fars körfəzi regionundakı ABŞ hərbi qüvvələrinin gücləndirilməsini əmr edib.

Trump bildirib ki, bu, İranın regionda ABŞ maraqlarına yaratdığı təhlükə ilə bağlıdır. Bundan başqa ABŞ İraqdakı səfirliyindən “qeyri-zəruri” heyətin çıxarılması üçün göstəriş verib. Bütün bunlar İranda ABŞ-ın hərbi qarşıdurmaya hazırlaşması kimi qəbul edilir.

Mayın 16-da İraqdakı iki ən böyük iranyönlü hərbi qruplaşma bu ölkədəki ABŞ səfirliyinə və onun heyətinə hər hansı təhlükə olduğuna dair iddiaları rədd edib.

Hazırda Tokioda səfərdə olan Zarif müxbirlərə deyib:

“Xeyr, danışıqlar imkanı yoxdur. Mən prezident Trump-ın nədən bu qədər əmin olduğunu bilmirəm, lakin bu, yanlış əminlikdir”.

Trump ABŞ-ı İranla nüvə sazişindən çıxararkən bu razılaşmanın İranı nüvə silahları istehsalından çəkindirmək üçün kifayət qədər sərt olmadığını bildirmişdi.

O bildirirdi ki, razılaşmada İranın “raket proqramı və regiondakı hərbi qruplaşmalara dəstəyi nəzərə alınmayıb”.

İran regiondakı qiyamçı fəaliyyətlərə dəstək verdiyini danır və bildirir ki, onun nüvə fəaliyyəti sırf dinc mülki səciyyə daşıyır.

Zarif mayın 16-da deyib ki, İran ABŞ-ın sazişdən çıxmasına baxmayaraq “maksimum çəkinmə” nümayiş etdirir. O Vaşinqtonu gərginliyi “qəbuledilməz” bir şəkildə artırmaqda ittiham edib.

Lakin Britaniyanın xarici işlər naziri Jeremy Hunt mayın 16-da bildirib ki, London “İranın təşkil etdiyi təhlükənin yüksəldiyinə” dair Vaşinqtonun qiymətləndirməsini bölüşür.

İranın dövlət mediası xəbər verir ki, Zarif mayın 17-də “2015-ci il nüvə sazişi də daxil regional və beynəlxalq məsələlərin” müzakirəsi üçün Pekinə yollanacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG