Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:54

Azadkənd: 'Tibb məntəqəsi var, amma iynə vurdurmağa qonşu kəndə gedirlər'


Saatlı, Azadkənd. İşığı olmayan tibb məntəqəsi. 16fev2017
Saatlı, Azadkənd. İşığı olmayan tibb məntəqəsi. 16fev2017

Saatlının ən ucqar kəndlərindən biri - rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Azadkənd yolları bərbad, qazı, uşaq bağçası, düz-əməlli infrastrukturu olmayan bir kənddir.

Bu vaxtadək kəndin tibb məntəqəsi də olmadığından, kənd icması yığışıb bu problemi çözmək istəyib və... Azərbaycan Kənd İnvestisiya Layihəsinə (AKİL-ə) müraciət edib.

AKİL bölgələrdə infrastruktur layihələrini hazırlayıb icra edilməsi üçün kənd icmalarına yönəldir. Qurum Azərbaycan hökuməti və Dünya Bankının Təşəbbüsü ilə yaradılıb maliyyələşdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi layihədir. Qurum Azadkənddə tibb məntəqəsi binasını tikib verib.

Buna da bax:​ Yeni hərbi şəhərciyin açılışı olub

Həkim qaranlıqda necə tibbi xidmət göstərsin?

Kənd icmasının sədri Şamil Hacıbəyli. 16fev2017
Kənd icmasının sədri Şamil Hacıbəyli. 16fev2017

Kənd icmasının sədri Şamil Hacıbəyli deyir ki, tibb məntəqəsinin həkimi də, tibb bacısı da var. Ancaq məntəqəyə işıq çəkilmədiyindən fəaliyyət göstərə bilmir:

"Kəndimiz rayonun ən ucqar kəndlərindəndir. Biz ilkin tibbi yardıma görə, ən azı, 10 kilometrədək yol qət edirik. İndi tibbi məntəqəsi var. Bu tibb məntəqəsində 7-8 aydır ki, işlər tamamlanıb, bizə təhvil verilib. Amma 7-8 aydır ki, müraciət etmədiyimiz təşkilat qalmayıb. Bura işıq çəkməkdən imtina edirlər. Bu soyuqda həkim, tibb bacısı necə gəlib orda otursun? Hər şəraiti olan belə bir məntəqəyə işıq çəkmirlər. Camaat da qalıb belə".

Buna da bax:​ Ərəb kəndində yaşamaqdan bezənlər...

Şamil Hacıbəyli: "Bura işıq çəkməkdən imtina edirlər"
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Kənd sakini Vüqar Məmmədov da deyir ki, kənddə tibb məntəqəsi ola-ola, iynə vurmağa belə qonşu kəndə getməli olurlar:

"Tibb məntəqəsinin işiğı olmadığından, həkimlər işləyə bilmir. İynə vurdurmağa, müayinəyə burdan 10 kilometr aralıdakı qonşu kəndə gedirik. Uzaq yolu getmək çox çətindir. İndi hansı zəmanədir ki?".

Kəndin bir başqa sakini Xalid Cabbarov deyir ki, yayda camaat işıqsız da olsa, məntəqədən ara-sıra yararlanıb, ancaq qışda mümkün deyil:

"Buranın işləməsi üçün işıq lazımdır, o da yoxdur. Tikiblər, avadanlıq da veriblər, ancaq işıq yoxdur. Özümüzdə məntəqə ola-ola, istifadə edə bilmirik. Bir də gördün, gecə kiminsə ehtiyacı olur, o boyda yolu getməyə məcbur qalır".

Buna da bax:​ Yaşıl təpəciklər arxasında gizlənən qara qəsəbə

İcra qurumu: Texniki şərtlər hazır deyil

Saatlı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elnur Cəbrayılov AzadlıqRadiosu-na bildirib ki, sözügedən tibb məntəqəsinin texniki şərtləri hazır olmadığından, oraya elektrik verilmir. Texniki şərtlər hazır olunca, məntəqəyə işıq veriləcək:

Elnur Cəbrayılov: "Texniki şərt olmayan təşkilatlara sayğac verilmir"
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

"Vətəndaşın deməyi ilə deyil, vətəndaş o prosedurları bilmir. Tam texniki şərt hazır olmadığına görə sayğac quraşdırılmayıb. Texniki şərt olmayan təşkilatlara sayğac verilmir".

Buna da bax:​ Basqallılar 3 şey istəyir: birincisi aptekdir...

Azadkəndlilərin hələ başqa çarəsi yoxdur. Kəndlərində 8 aydır tibb məntəqəsi ola-ola, ilkin tibbi yardım üçün qonşu kəndə üz tutmağa məcburdurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG