Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:30

Yeni hərbi şəhərciyin açılışı olub


Hərbi şəhərcik. Foto arxiv.

Fevralın 1-i müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olub.

Hərbi şəhərciyin tikintisinə 2014-cü ildən başlanıb, 35 hektar ərazidə yerləşir. Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib.

Orada ailəli və subay hərbi qulluqçulardan ötrü 5 yaşayış binası inşa edilib

Son illər Azərbaycan cəbhə zonasında bir neçə hərbi şəhərcik salıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Həmin hərbi şəhərciklər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə yaxın ərazilərdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG