Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:01

Müsavatla Milli Şura arasında nə baş verir?


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Azər Rəşidoğlu: “Müxalifət respublika quruluşunu müdafiə etmək istəyirdisə...”

“Müxalifət referenduma çox az qalmış Konstitusiyaya dəyişiklikləri boykot etmək, respublika quruluşunu müdafiə etmək istəyirdisə, bütün inciklikləri və ziddiyyətləri kənara qoymalı idi. Vahid mərkəzdə birləşə bilməsə də, ən azı, ortaq hədəflər uğrunda mübarizə aparıb, birlikdə kütləvi aksiya keçirməli idi”. Siyasi şərhçi Azər Rəşidoğlu müxalifətin 24 sentyabr mitinqinin baş tutmaması haqda danışarkən belə deyir.

Cəmil Həsənli: "Eyni məntiqlə yanaşsaq, Müsavat divanının sentyabrın 18-də və 24-də mitinq keçirmək barədə qərarı vardı. Bu qərardan Müsavat başqanı Arif bəy rəsmi şəkildə imtina edib..."

O, referenduma sayılı günlər qalmış “daxili ziddiyyətlərin” qabarmasının protest elektoratında məyusluq yaradacağını və bunun da birbaşa iqtidarın maraqlarına xidmət etdiyini düşünür. Siyasi şərhçi baş verənləri belə izah edir: “Çox təəssüf olsun ki, hər dəfə seçki, referendum qabağı və ya hansısa mühüm hadisə öncəsi müxalifət bütün fokusları daxili ziddiyyətlərə yönəldir və əsas hədəf yaddan çıxır”.

Buna da bax:​ Əli Kərimli: “Elan etmədiyimiz mitinqi bizimlə birgə keçirmək istəyi başadüşülən deyil”

“Hədəfləri aydın deyil”

“Müxalifət referenduma çox az qalmış Konstitusiyaya dəyişiklikləri boykot etmək, respublika quruluşunu müdafiə etmək istəyirdisə, bütün inciklikləri və ziddiyyətləri kənara qoymalı idi".

Azər Rəşidoğlunun qənaətincə, illərin təcrübəsi artıq müxalifətin aparıcı qüvvələrinin birləşə bilmədiyini göstərir. Şərhçi müxalifətin hədəflərinin o qədər də aydın olmamasından, ardıcıl mübarizənin bir çox düsturlarının pozulmasından təəssüfləndiyini dilə gətirir.

Həmsöhbətimiz Milli Şuranın və Müsavatın mitinqlərindən sonra cəmiyyətin narazı kəsimində canlanma hiss olunduğunu vurğulayır: “Narazı insanlar düşünürdülər ki, hakimiyyətə qarşı alternativ var və ardıcıl mübarizə aparılsa, nəyəsə nail olmaq mümkündür. Ancaq artıq protest elektoratında yenidən belə bir fikir formalaşır ki, müxalifətin apardığı mübarizənin effekti olmayacaq. Odur ki, nə boykot, nə də başqa çağırışlara önəm veriləcək”.

“Narazı insanlar düşünürdülər ki, hakimiyyətə qarşı alternativ var..."

Siyasi şərhçi “dönüş nöqtəsi, kritik qırılma nöqtəsi olmasa”, referendumun hakimiyyətin qələbəsi ilə, yəni Konstitusiyaya dəyişikliklər edilməsi ilə başa çatacağını deyir.

Cəmil Həsənli: “Bizi ədalətsizcəsinə hədəfə gətirirlər”

Milli Şura isə tənqidləri qəbul etmir və 24 sentyabr mitinqinin keçirilməsi ilə bağlı siyasi qərar verilmədiyini bir daha qeyd edir. Qurumun sədri Cəmil Həsənli deyir:

“Eyni məntiqlə yanaşsaq, Müsavat divanının sentyabrın 18-də və 24-də mitinq keçirmək barədə qərarı vardı. Bu qərardan Müsavat başqanı Arif bəy rəsmi şəkildə imtina edib. O elan edib ki, “24 sentyabr mitinqini təxirə salırıq”. Bizi isə faktiki təyin etmədiyimiz mitinqi təxirə salmağımıza görə çox ədalətsizcəsinə hədəfə gətirirlər”.

Buna da bax:​ Müsavat birgə mitinq istəyir

“Gözlənilməz oldu”

"Elə həmin gün Milli Şura funksionerləri mətbuata açıqlamalarında, sosial şəbəkələrdə bildirdilər ki, həmin gün mitinq keçirmək üçün artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər, bu müraciətin fotosunu da yaydılar. Bizə də aydın oldu ki, 24 sentyabrla bağlı müraciət etmək yersizdir..."

“Bu məsələdə Müsavatın tənqid edilməsi absurd olardı. Biz mitinqi təxirə salan tərəf deyilik”. Müsavat Partiyası başqanının müavini Elman Fəttah belə deyir.

“Müsavat partiyası sentyabrın 15-də divanın iclasında referenduma etiraz edən siyasi təşkilatların birgə aksiyasının keçirilməsini son dərəcə məqsədəuyğun hal kimi qiymətləndirib. Və birgə aksiyalara çağırış edib. Elə həmin gün Milli Şura funksionerləri mətbuata açıqlamalarında, sosial şəbəkələrdə bildirdilər ki, həmin gün mitinq keçirmək üçün artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər, bu müraciətin fotosunu da yaydılar. Bizə də aydın oldu ki, 24 sentyabrla bağlı müraciət etmək yersizdir. İki siyasi qurumun belə bir müraciəti mitinqin təxirə salınması ilə nəticələnə bilərdi. Çünki müxalifət müəyyən uyğunsuz davranışlara görə 17 və 18 sentyabr problemini yaşadı. Ona görə də rəsmi quruma müraciət etmədik, əksinə tərəfdarlarımızı həmin tarixdə Milli Şuranın aksiyasında iştiraka çağırdıq”, – başqan müavini bildirir.

Cəmil Həsənli: "Bizim belə qərarımız vardısa, niyə sentyabrın 18-də gələn camaata elan etmədik?"

Elman Fəttah Milli Şuranın sentyabrın 19-da mitinqlə bağlı “siyasi qərarlarının olmaması” barədə açıqlamalarını Müsavat üçün gözlənilməz olduğunu deyir. Bununla belə, o, Milli Şuranın qərarına və arqumentlərinə münasibət bildirmək istəmədi.

Buna da bax:​ Müsavatın mitinqi: 'Hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır'

“Texniki addım atmışıq”

Milli Şura sədri Cəmil Həsənli isə 24 sentyabrda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciəti onunla əsaslandırır ki, kütləvi aksiya keçirilməsi haqda siyasi qərar olacağı halda hakimiyyət “əlaltı partiyalarından biri”nin həmin gün mitinq keçirəcəyini “bəhanə etməsin”:

“O səbəbdən qabaqcadan müraciət edib belə bir texniki addım atmışıq, icra hakimiyyətinə müraciət etmişik. Bizim belə qərarımız vardısa, niyə sentyabrın 18-də gələn camaata elan etmədik? Bundan başqa harda demişik ki, mitinq olacaq? Biz təyin etmədiyimiz mitinqi necə təxirə sala bilərik?”

Sosial şəbəkələrdə gedən müzakirələrdən, qarşılıqlı tənqidlərdən sonra belə bir sual da səslənir: “Referendumöncəsi birgə mitinqin keçirilməsinə bu qədər istək, belə deyək sosial sifariş varsa, niyə Milli Şura kütləvi aksiya keçirməməkdə israr edir?”

Buna da bax:​ 11 sentyabr - Milli Şuranın mitinqi

Cəmil Həsənli bu suala konkret cavab vermir. Sadəcə, sual edir: “Bəlkə buz nəyisə doğrudan yanlış deyirik? Ən güclü aksiyaları keçirən də bizik, özünü demokratik düşərgə adlandıranların hədəfinə tuş gələn də. Bu, ədalətli yanaşma deyil”.

XS
SM
MD
LG