Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:44

Ekspert: 'İxracatda bölgələrin payı heç 3 faizə çatmır'


Arxiv fotosu.
Arxiv fotosu.

Azərbaycan prezidenti bölgələrin simasının dəyişdiyini deyir, statistika tam əksini?

Bölgələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrin simasını dəyişib. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da keçirilən sayca 14-cü konfransındakı fikrini qısaca belə ifadə etmək olar. Bu vaxt, təbii ki, sual doğacaq: “O proqramların icrasının 3-cü ili başa çatırsa, bölgələrdə nə dəyişib?”.

Buna da bax:​ Hökumətin 13 il əvvəl verdiyi qərar [video]

“ÜDM-in 80 faizindən çoxu Bakı, Sumqayıt və Abşeronun payına düşür”

İqtisadçı ekspert Rövşən Ağayev bölgələrin inkişaf səviyyəsini əks etdirən bir neçə mühüm statistik faktı açıqlayır: “Azərbaycan iqtisadiyyatında yaranan Ümumi Daxili Məhsulun (ÜDM-in) 80 faizindən bir qədər çoxu Bakı, Sumqayıt və Abşeronun payına düşür. Yerdə qalan bölgələrin payı, ən yaxşı halda, 17-18 faiz civarındadır. Abşeron yarımadası üzrə adambaşına ÜDM-in məbləği 21 min manatı ötür, yerdə qalan bölgələr üzrə orta göstərici 2 min manata çatmır”.

“İki il öncə büdcənin, uzağı, 5 faizi...”

Buna da bax:​ 'Xarici borc ciddi problemə çevrilir'

Ekspert yada salır ki, 2015-ci ildə Bakıdan kənarda toplanan bütün vergilərin həcmi 828 milyon manat olub: “Bütün büdcənin 5 faizindən az. Bu il bölgələrdə toplanacaq vergilərin onsuz da kiçik olan məbləğinin daha da azalacağı gözlənilir. Hökumət bölgələrdə cəmi 620 milyon manat (2015-ci illə müqayisədə 200 milyon manat və ya 25 faiz az - red.) vergi toplayacağını proqnozlaşdırır. Bu, illik büdcənin 3 faizindən azca çoxdur. Bölgələrin ixracatdakı payı 3 faizə çatmır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG