Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 17:53

«Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir».

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, 2015-2016-cı illərdə xarici dövlət borcu 25 faizə yaxın artıb. Xarici borcun ümumi daxili məhsulda (ÜDM) payı 7.5 faizdən 21 faizə kimi yüksəlib. «Şərtlər ağırlaşdığından artan borclar, əsasən, qısamüddətli - 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7 faizi 10 ilədək idi. Hazırda isə borcların 50 faizi 10 ilədək olan borclardır», - deyə o bildirib.

R.Ağayev qeyd edib ki, ən son statistikaya görə, 2025-ci ilədək qaytarılmalı xarici borclar 4 milyard dolları ötür. Onun fikrincə, hökumətin sürətli borclanma ehtiyacı nəzərə alınsa, yaxın zamanlarda bu məbləğin daha da artacağı proqnozlaşdırılır.

XATIRLATMA

Azərbaycanın 2016-cı il oktyabrın 1-nə kimi xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları olub. Bu, açıqlanan ən son rəsmi məlumatdır. Bura ötən ilin sonunda Asiya İnkişaf Bankından və Dünya Bankından alınan borclar daxil deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG