Dekabrın 15-də Nərimanov adına NQÇİ-yə məxsus olan estakadada baş vermiş faciə ilə əlaqədar yaradılan Qərargah axtarış-xilasetmə əməliyyatlarının planını təsdiqləyib.
Plan Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mütəxəssislərinin iştirakı ilə hazırlanıb. Plana əsasən axtarış-xilasetmə sektorları müəyyən edilib.
AzərTAC-ın məlumatına görə, axtarış-xilasetmə işlərinə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunub.
Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Dekabrın 15-də Xəzərdə Nərimanov adına NQÇİ-yə məxsus estakadanın uçması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin cəsədi sonradan tapılıb. Qalanların axtarışı davam edir.
Prezident İlham Əliyevin 2016-cı il 16 dekabr tarixli sərəncamı ilə axtarış-xilasetmə tədbirləri üzrə qərargah yaradılıb.
Şərhlər (1)
Daha çox şərh göstər