Cəsədin itkin neftçiyə aid olması rəsmən təsdiqləndi
Neftçala rayon 1-ci Mayak kəndi ərazisindədənizdən tapılan cəsədin dekabrın 15-də itkin düçən neftçilərdən birinin cəsədi olduğu təsdiqlənib.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Dənizdən cəsədi tapılan neftçinin Həsənağa Hacıəliyev olduğu rəsmən təsdiqlənib. Cəsəd mərhumun ailəsinə verilib.
2016-cı il dekabrın 15-də N.Nərimanov adına Neft-Qaz çıxarma idarəsinin 3 saylı Yığım Məntəqəsinin edatakadısının uçması zamanı10 neftçi dənizə düşmüşdü. Onlardan birinin cəsədi taplmışdı, qalan 9 nəfər itkin düşmüş sayılırdı.