ABŞ, İranın Ahvaz şəhərində hərbi parada hücum və 25 nəfərin ölümünə görə İran xalqına başsağlığı verib.
Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ “istənilən terror aktını” pisləyir.
Qeyd edək ki, sentyabrın 25-də edilən həmin hücuma görə cavabdehliyi "İslam Dövləti" və "Ahvaz Milli Müqavimət" adlı radikal ərəb qrupu üzərlərinə götürüblər.
İranın xarici işlər naziri Cavad Zarifsə özününTvitter hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.
Qeyd edək ki, ABŞ, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiyaları bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib.
İran hakimimiyyəti isə ilk olaraq bu hücuma görə bir sıra regional ölkələri günahlandırıb, amma konkret ad çəkməyib.
İranın ali dini lideri Ayatolla Ali Khamenei bildirib ki, terror aktını “regional ölkələr-ABŞ-ın oyuncaqları” planlaşdırıb.
Başqa bir məlumata görə isə Danimarka, Niderland və Böyük Britaniynın Tehrandakı səfirləri sentyabrın 22-I axşam saatlarında İranın xarici işlər nazirliyinə çağırılıblar.
İran hakimiyyəti hesab edir ki, bu ölkələrdə İrana qarşı olan rdaikal qruplarlar fəaliyyət göstərir.
Buna da bax: Irandakı hücuma görə cavabdehliyi "İslam dövləti" qrupu üzərinə götürüb
İranın dövlət televiziyası bildirib ki, parade hücym vaxtı hədəf yerli rəsmilərin çıxış etdikləri səhnə olmalıymış.
Bəzi məlumatlara görə, ölənlərin çoxu inqilab qvardiyasının üzvləridir.