Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Irandakı hücuma görə cavabdehliyi "İslam dövləti" qrupu üzərinə götürüb (Video)


İranın Ahvaz şəhərində hərbi parad atəşə tutulur
İranın Ahvaz şəhərində hərbi parad atəşə tutulur

Son məlumata görə, İranda hərbi paradın atəşə tutulması nəticəsində azı 24 nəfər ölüb , 53 nəfərsə yaralanıb.

Bu barədə ölkənin rəsmi İRNA agentliyi və dövlət televiziyası məlumat verir.

İnsident sentyabrın 22-də Ahvaz şəhərində baş verib.

İRNA agentliyinin məlumatına görə hücumu hərbi geyimdə olan yaraqlılar törədib və atəşma zamanı onlardan 3- hadisə yerində öldürülüb, biri isə yaralanaraq xəstəxanada keçinib.

Agentlik bildirir ki, ölənlərin arasında qadın və uşaqlar da daxil olmaqla mülki şəxslər də var.

Tasnim agentliyi isə bildirir ki, ölənlərdən azı 8-i qvardiyaçıdır.

Iranda hərbi parada hücum nəticəsində azı 24 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Hücuma görə cavabdehliyi "İslam Dövləti" və "Ahvaz Milli Müqavimət" qrupu üzərlərinə götürüblər.

İranın xarici işlər naziri Cavad Zarif Tvitter hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.

Şənbə günü İranın bir neçə şəhərində İraq-İran müharibəsinin (1980-1988) il dönümü münasibətilə hərbi parad keçirilir.

Bu barədə AzadlıqRadiosunun İran xidməti-“Radio Fərda” videogörüntülər də yayıb.

Şənbə günü İranın bir neçə şəhərində İraq-İran müharibəsinin (1980-1988) il dönümü münasibətilə hərbi parad keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG