Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:32

'Hazırda bütün İtaliya bağlıdır'...


İtaliyanın "Corriere della Sera" qəzeti martın 10-da belə bir başlıqla çıxıb:"Hazırda bütün İtaliya bağlıdır"

Ölkədə bütün böyük toplantılar və açıq havada keçirilən tədbirlər dayandırlıb. Barlar və restoranlar axşam saat 6-a kimi qapalıdır. Universitetlər və məktəblər aprelin 3-ə kimi bağlı qalacaq.

İtaliyada 60 milyondan çox adama evdə oturmaq tapşırığı verilib.

Məqsəd koronovirusun yayılmasının qarşısını almaqdır.

Baş nazir Giuseppe Conte bazar ertəsi gecə çıxış edib, hər kəsə evdə oturmaq lazım olduğunu deyib və ictimai yerdə toplantılara qadağa qoyub:

“Bizim vaxtımız yoxdur. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm. Bizim gələcəyimiz öz əlimizdədir”.

Gecə hökumətin karantin qərarı elan olunanda Roma sakinləri supermarketlərə axışıb qida tədarükü görüblər.

İndi Roma küçələrində tibbi maskalı adamlar daha çox gözə dəyir.

İtaliya Avropada virusun ən çox yayıldığı ölkədir. İndiyə qədər 463 bu virusdan vəfat edib, 9,172 yoluxma halı qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG