Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 23:46

İti vurmaq istədi, özünü öldürdü


Küçə iti

Fevralın 3-də axşam saatlarında Ağdamın Xındırıstan kəndində 45 yaşlı Tofiq İsmayılov kustar üsulla düzəltdiyi silahla atəş açarkən özünə xəsarət yetirib. O, hadisə yerində keçinib. (Lent.az)

45 yaşlı T. İsmayılov evin həyətinə it girdiyini görüb. Həyətə düşüb kustar üsulla hazırladığı tüfəngə bənzəyən silahla iti vurmaq istəyib. Bu zaman silahın çaxmağı çıxaraq onun sağ gözünü parçalayıb. Baş beynindən ağır xəsarət alan T.İsmayılov hadisə yerindəcə ölüb.

Ailə üzvləri bildiriblər ki, T.İsmayılov həyətə düşəndən bir qədər sonra partlayış səsi eşidiblər. Onlar həyətə düşüb ev sahibini axtarıblar. Təxminən 2 saat sonra onun meyitini tapıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG