Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:02

İsveç ilk dəfə olaraq bir nəfəri Türkiyəyə ekstradisiya etdi


Qöteborq
Qöteborq

İsveç hökumıəti Türkiyədə dələduzluq ittihamı ilə məhkum olunmuş bir nəfəri bu ökləyə ekstradisya etmək barədə qərar qəbul edib.

Türkiyə İsveçin NATO üzvlüyünə qoyduğu bloku qaldırarkən Stokholmdan Ankaranın axtarışında olan şəxslərin ekstradisiyasını şərt kimi qoymuşdu.

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə qəbuluna blok qoyarkən bu iki ölkəni Türkiyənin PKK üzvü olmaqda şübhəli bildiyi şəxsləri himayə etməkdə günahlandırmışdı.

Türkiyə Finlandiya və İsveçlə apardığı danışıqlarda bu ölkələrə ekstradisiyasını istədiyi şəxslərin siyahısını təqdim etmişdi.

Amma o vaxtdan bəri Ankara iki Skandinaviya ölkəsinin bu istiqamətdə addım atmamasından hiddətləndiryini bildirmişdi.

Reuters yazır ki, 30 yaşlarında olan sözü gedən şəxs iyun ayında əldə olunmuş razılaşma əsasında Türkiyəyə ekstradisiya olunan ilk şəxs olacaq.

Ziddiyyətli məsələ

İsveçin ədliyyə naziri Morqan Yohansan deyib ki, söhbət rutin prosesdən gedir, çünki bu şəxs 2013 və 2016-cı illərdə Türkiyədə bank dələduzluğuna görə məhkum edilib.

Nazirin sözlərinə görə Ali Məhkəmə ekstradisiya tələbinin yerinə yetrilməsi üçün heç bir maneə aşkar etməyib.

Reuters yazır ki, bu şəxsin Türkiyənin verdiyi siyahıda olub-olmadığı dəqiq bilinmir.

İsveçin ekstradisya barədə ilk xəbər verən SVT kanalı bildirib ki, sözü gedən şəxs bank dələduzluğu ittihamı ilə Türkiyədə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il İsveçdə saxlanmış bu şəxs iddia edir ki, Türkiyədə onu Xristianlığı qəbul etdiyinə görə qondarma ittihamla məhkum ediblər.

XS
SM
MD
LG