Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:38

Stokholmdakı terroru əslən özbək törədib


Hadisənin baş verdiyi Ahlens univermağı

Əsas şübhəli həbs edilib.

Stokholmdakı terror aktıyla bağlı əsas şübhəlinin saxlandığı bildirilir.

AzadlıqRadiosunun aprelin 8-də Reutersə istinadla verdiyi məlumata görə, prokurorluq onun 39 yaşlı özbək olduğunu təsdiqləyib.

Həmin adam aprelin 7-də Stokholmun şimalında yaxalanıb.

Stokholmda terror akti
Stokholmda terror akti

İsveçin “Aftonbladet” qəzeti bundan əvvəl onun əslən Özbəkistandan olduğunu yazırdı.

Amma Polis həmin vaxt bu məlumatı şərh etməkdən imtina eləmişdi.

Aprelin 7-də 1 nəfər Stokholmun mərkəzində yük maşınını kütlənin üzərinə sürüb, sonra isə ətrafdakı ticarət mərkəzinə çırpıb.

Nəticədə 4 nəfər ölüb, 15 nəfərsə xəsarət alıb.

Şəhər sakinləri hadisə yerinə güllər düzür, ölənlərin xatirəsini anırlar.

İsveç Kralı XVI Gustav ölənlərin qohumlarına başsağlığı verib.

--

İsveç polisi bildirib ki, pivədaşıyan yük maşınını izdihamlı mağazanın içinə sürən şəxsin axtarışının gedişatında bir nəfər həbs edilib.

Terror hücumu olduğu güman edilən bu hadisə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Polis rəsmiləri aprelin 7-də bildiriblər ki, bu hücumla “hər hansı bir şəkildə əlaqəli ola biləcək” bir nəfər həbs olunub.

Həbs edilmiş şəxsin bundan əvvəl polis tərəfindən yayılmış fotodakı şəxslə eyni adam olub-olmadığı bilinmir. Foto hadisə yerindəki təhlükəszilik kamerasından götürülüb.

Bu fotoda əyinində ağ jaket, yaşıl rəngli hərbi pencək və başında tünd rəngli kapuşon olan bir kişi əks olunub.

Polis həmçinin yaralıların sayını 8-dən 15-ə qaldırıb və əlavə edib ki, yaralılardan daha biri xəstəxanada vəfat edib və beləliklə ölənlərin sayı 4-ə çatıb.

Polis bundan əvvəl hadisə ilə əlaqədar iki nəfəri dindirdiyini bildirmiş, lakin xəbərdarlıq etmişdi ki, bu adamlar şübhəli hesab olunmurlar.

Hadisə İsveç paytaxtı Stokholmun mərkəzindəki Ahlens universal mağazasında baş verib.

Bu akt üçün məsuliyyəti heç kim üzərinə götürməsə də, hakimiyyət orqanları hadisəni terror hərəkəti kimi araşdırırlar.

Ölkənin baş naziri Stefan Lofven deyib ki, "İsveç hücuma məruz qalıb və bu isə terror aktı deməkdir”.

Aftonbladet qəzetinin verdiyi məlumata görə yük maşının məxsus olduğu pivəbişirmə şirkəti Spendrups təsdiq edib ki, sözü gedən maşın, sürücü yükü boşaldarkən qaçırılıb.

Bəzi şahidlər Aftonbladet qəzetinə hadisədən sonra iki nəfərin qaçıb aradan çıxmağa çalışdığını görüblər.

Bu məlumat hələlik rəsmən rəsdiq edilməyib.

Televizya reportajlarının kadrlarında Ahlens univermağının tüstüləndiyi görünür. Pivədaşıyan maşın Drottninggatan küçəsində yerli vaxtla gündüz 3-də bu mağazaya çırpılıb.

Polis vətəndaşları şəhər mərkəzindən və metropolitendən bir neçə saat aralı durmağa çağırıb. Metro sonradan işini bərpa edib.

Hakimiyyət orqanları yaxınlıqdakı dəmiryolu stansiyasını evakuasiya ediblər. Stokholma gələn və buradan gedən qatarların hərəkəti aprelin 8-ədək dayandırılıb.

İsveç kralı Carl XVI Gustaf hadisədən narahatlıq keçirdiyini bəyan edib.

Beynəlxalq reaksiya

Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının başçısı Jean-Claude Juncker içveçlilərlə həmrəyliklərini bildiriblər.

Rusiya prezidenti Vladimir Putin hadisə zamanı ölənlərin yaxınlarına başsağlığı verib.

İsveçin skandinav qonşuları ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Norveçin Oslo hava limanındakı polis qüvvələri silahlandırılıb.

Finlandiyada polis patrul xidmətini güclənidirib.

Son aylarda Avropa boyunca avtomobillə törədilən bir neçə terror hücumu qeydə alınıb.

Martın 22-də Londonun mərkəzində avtomobili piyadaların üstünə sürən şəxs hücumu bıçaqla davam etdirib. Bu hücum nəticəsində 5 nəfər ölüb.

Ötən il, dekabrın 19-da Berlinin mərkəzində yük maşınının Milad yarmarkasına çırpılması nəticəsində 12 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.

2016-cı ilin iyulunda Fransanın Nitsa şəhərində yük maşınının adamların üstünə sürülməsi nəticəsində 86 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG