Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:00

Sabahdan hamamda, mətbəxdə işlədilən isti suyu dövlət tənzimləməyəcək


Su kranı
Su kranı

Yanvar ayından isti suyun qiymətiin dövlət tərəfindən tənzimlənməməsi istilik təchizatı tariflərinə aid deyil. Bunu Apa-ya müsahibəsində "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Rafiq Əliyev bildirib ki, qərarda söhbət mərkəzi isitmə sistemindən getmir, mərkəzi isitmə sistemi ilə istiliklə təmin edilən yaşayış binaları və sosial obyektlər üçün tarif olduğu kimi qalır:

"Sadə dildə desək, "otoplenie" olan yaşayış binaları və sosial obyektlərə istilik xidmətləri yenə də dövlət tərəfindən tənzimlənəcək və bu sahədə qiymətlər dəyişməyib. Tarif Şurasının qərarı ilə 1 m2 yaşayış sahəsi üzrə istilik xidməti aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpikdir. Bu qiymətlər olduğu kimi qalır".

Buna da bax: Qaz və elektrik tarifləri qaldırıldı​

"Söhbət 2 faizdən gedir"

Rafiq Əliyev bildirib ki, söhbət sadəcə gələn il yanvarın 1-dən isti su tariflərinin dövlət tərəfindən tənzimlənmədən çıxarılmasından gedir:

"Burada söhbət hamamda, mətbəxdə işlədilən isti sudan gedir. Ümumilikdə götürüləndə, Azərbaycanda belə isti su ilə təmin olunan binaların xüsusi çəkisi 2 faizdən artıq deyil”.

Rafiq Əliyev deyir ki, respublika üzrə cəmi 261 yaşayış binasına isti su verilir. Bu binaların da 129-u Bakıda yerləşir. Regionlarda isti su verilən binalar isə əsasən, məcburi köçkünlər üçün tikilən binalardır. İsti su ilə təmin olunan səhiyyə, təhsil müəssisələrinin xüsusi çəkisi isə çox cüzidir, heç 1 faizə də çatmır, - o qeyd edib.

“Azəristiliktəchizat" rəsmisinin sözlərinə gprə, bu gün isti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik, qeyri-əhali qrupu üçün isə isti suyun 1 kub metr 1 manat 50 qəpikdir. Rafiq Əliyev onu da əlavə edib ki, isti suyun dövlət tərəfindən artıq tənzimlənməməsi onun qiymətinin dərhal bahalaşacağı demək deyil.

Nazirlər Kabinetinin "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilməsi barədə" qərarında isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Qərar yanvarın 1-dən qüvvəyə minir.

Bir müddət öncə Tarif Şurasının qərarı ilə qaz və elektrik enerjisinin qiymətləri qaldırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG