Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:30

İstanbulda milyonluq mitinq (VİDEO VƏ FOTOLAR)


İstanbul. 7 avqust
İstanbul. 7 avqust

Avqustun 7-də İstanbulda prezident Recep Tayyib Erdogan tərəfdarlarının mitinqi keçirilib. Reuters xəbər agentliyi nümayişə bir milyondan çox adamın qatıldığını yazır. Etirazçılar 15 iyul qiyamını pisləyib, demokratiyanın yanında olduqlarını deyiblər. Əksər media qurumları mitinqi canlı yayıb.NTV xəbər verir ki, mitinqdə 60 metrlik səhnə qurulub, natiqlərin eşidilməsi üçün 35 qüllədə 1 milyon Watt-lıq səs sistemi qurulub.

Onlardan bəziləri edam cəzasının bərpa olunmasını, 15 iyul qiyam cəhdini planlamaqda ittiham olunan islam alimi Fətlullah Gülen tərəfdarlarının asılmasını tələb ediblər. Erdogan özü də mitinqə gəlib. (Mitinqdən video və fotolar yazının sonundadır)

"Demokratiya və Şəhidlər Mitinqi" adlanan nümayiş İstanbulun Yenikapı adlanan tarixi hissəsində keçirilib.

"Öl de ölək, Erdogan!"

Prezidentin tərəfdarları "Sən Allahın hədiyyəsisən, Erdogan", "Öl de ölək" kimi şüarlar səsləndiriblər.

Müşahidəçilər bu mitinqin demokratiyanı qorumaq üçün tarixi nümayiş olduğunu bildirir- ilk dəfə ana müxalifət partiyalarının hakim partiya ilə birgə olduğunu önə çəkir. Mitinqi müxalif MHP və CHP də dəstəkləyir, hakimiyyətin güc yolu ilə dəyişməsinin demokratiyaya zidd olduğunu deyirlər.

Bahçeli: "15 iyul istila cəhdi idi"

MHP lideri Devlet Bahçeli deyib ki, 15 iyul yeni bir istila cəhdi idi: "Xaçlı əməllərin daşıyıcılığını həyata keçirən FETO Türkiyənin qəlbini nişan aldı".

CHP lideri Kemal Kılıçdaroğlu deyib ki, 15 iyul qiyamından dərs çıxartmaq lazımdır: "İyulun 15-də şəbəkə Türk demokratiyasına zərbə vurmaq istədi. Sizə, bizə. Hamımıza zərbə vurmaq istədi. Türkiyə Böyük Millət Məclisini səhərə qədər açıq saxlayan və idarə edən spikerimizə təşəkkür edirəm. Cumhuriyyət tarixinə ən qanlı hücumdur bu. Demokratiya qəhrəmanlarını unutmayacağıq".

Mitinq proqramında olmasa da, Baş Qərargah rəisi Hulusi Akar da səhnəyə dəvət edilib: "Əsgər paltarı geyinmiş xainləri, Türkiyə Silahlı Qüvvələrinin qəhrəman üzvlərindən ayırd etmək bizə ruh verdi. Hakimiyyət millətindir düstürü bizim ən təməl anlayışımızdır".

Teyyub Erdogan isə deyib ki, əgər parlament edam cəzasının bərpasına səs versə, o təsdiqləyəcək. Erdogan deyib ki, Gulen qanun çərçivəsində məhv edilməlidir.

Baş nazir Binali Yildirim deyib ki, Gulen ölkəyə gətiriləcək və hərbi çevriliş cəhdinə görə hesab ödəyəcək.

"Bilin ki, terrorçu qrupun lideri Türkiyəyə gələcək və əməllərinə görə cavab verəcək".

Amma Yildirim əlavə edib ki, Gulenin cəzalandırılması qanun çərçivəsində baş verəcək.

Fətlullah Gulen onun barəsindəki ittihamları indiyə qədər olan müsahibələrində rədd edib.

Mitinqi NTV -nin saytında canlı izləyə bilərsiz. http://www.ntv.com.tr/

Hərbi çevriliş cəhdinin tarixçəsi:

Türkiyədə hərbi çevriliş günü baş verənlər

Hərbi çevrilişə cəhddən sonra Fətlullah Gülənin həbsi tələb olunur

Qiyam cəhdinin Azərbaycana təsiri

İstanbulda mitinqi burda izləyin

İstanbulda mitinq. "Fetoçular asılsın!"
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Mitinqdən fotolar

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG