Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Rusiyanın hərbi gəmisi İstanbulda yük gəmisi ilə toqquşub


Bosfor boğazı
Bosfor boğazı

Son məlumata görə Rusiya gəmisində olan 78 nəfərin hamısı xilas edilib. Məlumata görə qəza dumanlı hava şəraitində, saat 11:53 radələrində Bosfor boğazının 40 kilometrlik şimal-qərbində baş verib.

Bu barədə Türkiyənin NTV kanalı, habelə Reuters və TASS agentlikləri məlumat verir.

Məlumata görə, “Rusiyanın “Liman” gəmisi Afrika dövləti olan Toqo bayrağı altında mal-qara daşıyan “Aşot-7” gəmisi ilə toqquşub.

Bundan əvvəl 15 nəfərin itkin düşdüyü bildirilirdi.

--

İstanbulda hərbi gəminin yük gəmisi ilə toqquşması nəticəsində 15 Rusiya əsgəri itkin düşüb.

Bu barədə aprelin 27-də Türkiyənin kütləvi informasiya vasitələri xəbər verirlər.

“Milliyet” qəzetinin yazdığına görə, insident İstanbul boğazının Qara dənizə aid hissəsində baş verib.

Mənbənin məlumastına görə, Rusiyanın hərbi gəmisi heyvan daşıyan yük gəmisi ilə toqquşub.

Nəticədə 78 Rusiya əsgəri dənizə düşüb.

Onlardan 63-nün xilas edildiyi bildirilir.

Qalanlarının isə axtarışı gedir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya gəmisi Qara Dəniz Donanmasına aiddir.

Nazirliyin məlumatında qəzanın İstanbul boğazının 40 kilometrlik şimal-qərbində baş verdiyi və qəza yerinə An-26 təyyarəsi ilə xilasedicilər göndərildiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG