Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:48

İstanbuldakı gecə klubuna hücumun təşkilində şübhəli bilinən şəxs tutuldu


Foto arxiv
Foto arxiv

Yeni il axşamı İstanbuldakı “Reina” gecə klubunda törədilən terror hücumunun təkilatçısı tutulub.

“Hürriyet” qəzetinin yazdığına görə, türk əsilli Fransa vətəndaşı A.S. iki gün əvvəl İstanbulda yaxalanıb. Hələlik onun tam adı açıqlanmır.

Prokurorluğun məlumatına görə, axtarış vaxtı onun üstündən gecə klubuna silahlı basqın edən Abdulkadir Maşaripovun qaldığı evin kirayəyə verilməsi ilə bağlı sənəd çıxıb.

Onun barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 31-də “Reina” gecə klubunda törədilən həmin terror aktında 1 azərbaycanlı da daxil olmaqla 39 nəfər ölüb.

Abdulqadir Maşaripov həbs edildikdən sonra günahını boynuna alıb.

Bunu hadisə yerindən götürülən barmaq izləri də təsdiqləyib.

Rəsmilərin sözlərinə görə,Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda anadan olub və Əfqanıstanda xüsusi təlim keçib.

Onun yaxşı təhsilli olduğunu və 4 dildə danışdığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG