Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:37

İstanbulda gecə klubuna basqın – 39 ölü


İstanbul, 1 yanvar 2017
İstanbul, 1 yanvar 2017

İstanbulda Reina gecə klubuna basqın nəticəsində azı 39 nəfər həlak olub.

Reutersin məlumatına görə, hücum edən qaça bilib.

Reina gecə klubunda olanların bəziləri Bosfor sularına atılmaqla, canlarını qurtara biliblər.

Rəsmilər hücum edənin tək olduğunu desələr də, Reutersin məlumatına görə, bəzi xəbərlərdə hücum edənlərin bir neçə nəfər olduğu göstərilir.

"Hürriyyət" qəzeti şahidlərə istinadla yazır ki, hücum edən ərəbcə qışqırırmış.

69 nəfər hazırda xəstəxanadadır.

İstanbulda Reina gecə klubuna hücum
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Qurbanlardan 16-nın əcnəbi olduğu xəbər verilir. Onlar arasında azərbaycanlı qadın da var. Son məlumata görə, yaralanan Azərbaycan vətəndaşlarının sayı 2-dir.

İstanbul qubernatoru Vasip Şahin bildirib ki, terror basqını nəticəsində ölənlərdən biri polis nəfəridir.

Basqın yerli vaxtla gecə saat 1:15-də Ortaköydəki Reina gecə klubunda baş verib.

Antiterror polisi gecə klubunun yaxınlığında
Antiterror polisi gecə klubunun yaxınlığında

Qubernator bunu da bildirib ki, hücum edən bir nəfər olub. CNN telekanalı onun Santa Klaus paltarında olduğunu xəbər verib.

Cənab Şahin deyib ki, hücum edən gecə klubundakılara odlu silahdan atəş yağdırıb.

Xəbər verilir ki, Reina klubu xaricilərin populyar istirahət yerlərindəndir.

Hadisə baş verən zaman gecə klubunda təxminən 700 nəfərin olduğu bildirilir.

Doğan agentliyi “hücum edənlərin ərəbcə danışdıqlarını” xəbər verib.

Hazırda Havay adalarında istirahətdə olan prezident Barack Obama ölənlərin yaxınlarına baş sağlığı bildirib.

Bu hadisədən bir həftə əvvəl Ankarada Rusiya səfiri Anfdrey Karlov terrorçu tərədfindən qətlə yetirilimişdi.

Türkiyə DİN-in məlumatına görə atəş açan hələlik həbs edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG