Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:53

İsrailli bloqqerin Azərbaycana veriləcəyi deyilir


Alexander Lapshin

Belarus Prokurorluğunun israilli bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verdiyi bildirilir.

Report-un xəbərinə görə, bu barədə Belarus Prokurorluğundan bildirilib.

“Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə prinsipial qərar qəbul edilib”, - deyə qurumdan qeyd edilib.

Bloqqerin Azərbaycana verilmə tarixi bəlli deyil.

Buna da bax:​ İsrailli blogerin Azərbaycana verilməsi haqqında qərar çıxarılıb

Xəbərdə qeyd edildiyinə görə, qurumdan deyiblər ki, onun qərardan şikayət etməyə 10 gün vaxtı var.

Qohumları da sosial şəbəkələrdə yazırlar ki, Lapşinin ekstradisiyası barədə qərarı yanvarın 17-si Baş prokurorun müavini Aleksey Stuk verib.

Xəbərlərdə həmçinin bildirilir ki, İsrailin Xarici İşlər Nazirliyi Aleksandr Lapşinlə bağlı Azərbaycan hökumətinə müraciət edib.

Buna da bax: Bloqqer 'qəpik aksiyası'nı başa vurdu

Xatırlatma

A. Lapşin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb.

Bir müddət əvvəl İsrail Xarici İşlər Nazirliyi Lapşini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.

Baş Prokurorluq Aleksandr Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməkdə və Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə günahlandırır.

Multimedia

XS
SM
MD
LG