Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

İsraildə yeni hökumətin təşkili Netanyahuya tapşırıldı


Baş nazir Benjamin Netanyahu (solda), prezident Reuven Rivlin (ortada) və Benny Gantz
Baş nazir Benjamin Netanyahu (solda), prezident Reuven Rivlin (ortada) və Benny Gantz

İsrail prezidenti ölkənin yeni koalisiya hökumətinin təşkilini baş nazir Benjamin Netanyahuya tapşırıb.

Buna Netanyahunun özünün əsas seçki rəqibi ilə birlik hökuməti yaradılmasına dair danışıqlarının iflasa uğraması səbəb olub.

İsrailə uzun müddətdir ki, baş nazirlik edən Netanyahu sentyabrın 25-də prezident Reuven Rivlindən mandat aldıqdan dərhal sonra bir daha birlik hökumətinin yaradılmasına çağırıb.

O deyib ki, İrandan gələn təhdidlər şəraitində və prezidnet Trump-ın Yaxın Şərq sülh planının açıqlaması ərəfəsində “milli barışıq” hökumətinə ehtiyac var.

Bundan əvvəl prezident Rivlin bu həftə ərzində Likud Partiyasının sədri Netanyahu və onun seçki rəqibi Mavi və Ağ partiyasının lideri Benny Gantz-la iki görüş keçirmişdi.

Likud və Mavi və Ağ ötən həftə keçirilən parlament seçkisində çox yaxın nəticə göstəriblər və heç biri parlamentdə mütləq çoxluğa malik ola bilməyib.

İndi Netanyahunun yeni koalisiyanın təşkili üçün 28 gün vaxtı var, lakin lazım gələrsə, Rivlin ona daha iki həftə vaxt verə bilər.

Əgər bu müddətdə koalisya təşkil olunmasa, onda Rivlin hökumətin təşkilini parlamentin başqa bir üzvünə tapşıra bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG