Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 19:54

İsrail Ukraynaya ‘məxfi kömək’ etməyə razılıq verib?


Tel-Əvivdə Ukraynaya dəstək mitinqi (Arxiv fotosu)
Tel-Əvivdə Ukraynaya dəstək mitinqi (Arxiv fotosu)

İsrail Ukrayna üçün milyonlarla dollarlıq strarteji materialları maliyyələşdirib və Ukraynaya İsrail texnologiyalarından istifadə edən hərbi texnikanın verilməsinə razılıq verib.

İsrailin Haaretz qəzeti adlarının çəkilməsini istəməyən yüksək vəzifəli Avropa məmurlarına istinadla yazır ki, İsrail bu razılaşmanın Vladimir Putini qəzəbləndirməməsi üçün onun gizli saxlanmasını xahiş edib.

Məqalədə iddia olunur ki, seçki nəticəsi olaraq tezliklə dəyişəcək İsrail hökumətini bu razılaşmaya ABŞ sövq edib.

Qəzetin yazdığına görə amerikalılar İsrailin Ukraynaya zenit batareyaları verməsini istəyirlər.

Lakin danışıqlardan sonra İsrailin “starteji materialları” maliyyələşdirəcəyinə dair razılaaşma əldə olunub.

“Strtaeji materiallar” deyərkən nəyin nəzərdə tutulduğu açıqlanmır. Qəzet bildirir ki, bu məlumatın açıqlanmamasını mənbələr rica ediblər.

Məxfi mexanizm

Bu razılaşmanın çərçivəsində İsrail NATO üzvü olan bir ölkəyə bir neçə milyon dollar köçürüb. Adı çəkilməyən həmin ölkə isə materiallar alaraq Ukraynaya göndərib.

Mənbələr bildirirlər ki, bu, birdəfəlik tranş olub. Mexanizmin davam etdirilib-etdirilməyəcəyinə dair qərarı Binyamin Netanyahu başda olmaqla İsrailin yeni hökuməti qəbul etməlidir.

Haaretz qəzetinin yazdığına görə bundan başqa İsrailin Müdafiə Nazirliyi NATO üzvlərinə içində İsrail texnologiyaları olan silahların, məsələn elektrooptik və atəşin idarə edilməsi sistemli silahların Ukraynaya ötürülməsinə razılıq verib.

Ermənistanla həmsərhəd Astaf kəndinin bərbad durumu
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Mənbələrin sözlərinə görə İsrail bütün tərəfləri “Putini qəzəbləndirməmək” üçün razılaşmanın məxfi saxlanmasına çağırıb.

Haaretz bildirir ki, İsrail hökuməti və Müdafiə Nazirliyi bu informasiyaya şərh verməkdən intina edib.

İran “qırmızı xətt” olsa da...

Bundan əvvəl İsrail ardıcıl şəkildə Ukraynaya silahlar verilməsindən imtina edirdi.

Ekspertlər bildirirlər ki, İsrail Rusiyanın onun Suriyadakı İran mövqelərinı hədəfləməsində mane olacağından narahatdır.

Bu yaxınılarda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba demişdi:

"İran İsrail üçün qırmızı xətdir. İran əslində Ukraynaya qarşı cinayətin şəriki olduqdan sonra İsraildə hələ də Ukraynaya kömək etmək məsələsində tərəddüd edən kimsə varsa, indi bu tərəddüdlər dağılmalıdır”.

Lakin buna cavab olaraq İsrailin müdafiə naziri Beni Qantz demişdi ki, onun ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsə də, başqa şəkildə kömək edəcək:

"İsrail Ukraynanı dəstəkləyir və Ukraynanın, NATO və Qərbin tərəfindədir. Biz bunu əvvəllər də demişik, indi də vurğulayırıq. İsrail Ukraynaya humanitar yardımla, insan həyatının xilas edilməsi və avadanlığın qorunması sistemləri ilə kömək edir. Bugünlərdə mən Ukraynaya yeni yardımlar barədə qərar qəbul etməliyəm. Amma bununla yanaşı deməliyəm ki, İsrail əməliyyat mülahizələri ilə Ukraynaya silah verməyəcək. Biz bütün çətinlik və mürəkkəbliklərə baxmayaraq Ukraynaya əvvəllər olduğu kimi dəstək verəcəyik”.

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Netanyahunun siyasəti necə olacaq?

İsrail Ukraynaya humanitar yardım göndərməkdə davam edir. İsrail XİN-in nümayəndəsi deyib ki, ölkə Ukrayna qaçqınları üçün səhra xəstəxanası açıb, yerli sakinləri nəhəng generatorların köməyi ilə elektriklə təchiz edir, Ukraynaya 500 minədək içməli su konteynerləri, ərzaq verib.

Binyanmin Netanyahu seçki kampaniyası dövründə Ukrayna müharibəsi barədə ziddiyyətli bəyanatlar vermişdi.

O müsahibələrindən birində Ukraynaya zenit batareyalarının verilməsi məsələsinə baxacağını demişdi.

Lakin başqa bir müsahibədə Ukraynaya silahların verilməsi məsələsində təmkinli davrandığına görə ölkənin indiki hökumətini təqdir etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG