Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 18:35

İsrail Ukraynaya silah verməyəcək, amma kömək edəcək


Benni Qantz
Benni Qantz

Bunu oktyabrın 19-da İsrailin müdafiə naziri Benni Qantz deyib

İsrail Ukraynaya silahlar, o cümlədən hava hücumundan müdafiə vasitələri verməyəcək.

Bunu oktyabrın 19-da İsrailin müdafiə naziri Benni Qantz deyib.

Bundan bir gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba demişdi ki, Kiyev hava hücumundan müdafiə sistemlərinin alınması üçün İsrailə rəsmi sorğu göndərəcək.

Kuleba vurğulamışdı ki, “İsrailə düşmən mövqe tutan İran Rusiyaya hücum dronları verir və İsrailin də Ukraynaya açıq şəkildə tərəfdar olmasının vaxtıdır”.

Qantz Avropa İttifaqı səfirlərinə deyib ki, İsrail “müxtəlif operativ mülahizələrə” görə Ukraynaya silahlar verməyəcək.

Erkən xəbərləmə sistemi

O eyni zamanda qeyd edib ki, İsrail Kiyevə hava hücumlarının erkən xəbərlənməsi sisteminin işlənib hazırlanmasını təklif edib.

İsrailin özü belə bir sistemdən istifadə edir. Bu sistemin sayəsində Qəzza sektorundan raket atılarkən adamlar sığınacaqlarda gizlənə bilirlər.

Bundan başqa nazirin sözlərinə görə, İsrail Ukraynaya humanitar yardımı davam etdirəcək, onu tibb və qoruyucu avadanlıqla təchiz edəcək.

Oktaybrın 20-də İsrailin baş naziri Yayir Lapidlə Kuleba arasında görüş gözlənilir.

Onların Kiyevin sorğusunu müzakirə edəcəkləri bildirilir.

Amma İsrail mediası mənbələrinin bildirdiyinə görə İsrail çətin ki, bu məsələdə mövqeyini dəyişsin.

Keçmiş erməni əsgərlər müharibənin acılarından danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Rusiyanın təhdidləri

Bununla belə sözü gedən məsələ barəsində İsrail hökumətinin öz tərkibində də yekdil mövqe yoxdur.

Məsələn diaspora məsələləri üzrə nazir Naxman Şay bu yaxınlarda Ukraynaya silahlar verilməsinə çağırmışdı.

Belə görünür ki, Rusiya Təhlükəsizlik Şurası başçısının müavini Dmitri Medvedevin bəyanatı da məhz bu nazirin çağırışına reaksiya idi.

Medvedev bildirmişdi ki, belə bir addım Rusiya ilə İsrail arasında münasibətləri məhv edərdi.

Vladimir Putinlə yaxın münasibətləri olan keçmiş baş nazir Binyamin Netanyahu Ukraynaya silah verilməsinə qarşı çıxmışdı.

Onun əsas arqumenti bu idi ki, silahlar Rusiya tərəfindən ələ keçirilərsə, İranın da əlinə düşə bilər.

Noyabrın 1-də İsrail Knessetinə seçki keçiriləcək. Netanyahu seçkiqabağı sorğuların lideridir.

XS
SM
MD
LG