Keçid linkləri

2025, 19 Yanvar, bazar, Bakı vaxtı 05:24

Qadın xarici işlər nazirləri İrana görə bir araya gələcəklər


Kanadanın xarici işlər naziri Melani Coli
Kanadanın xarici işlər naziri Melani Coli

Kanada bildirib ki, oktyabrın 20-də dünyanın qadın xarici işlər nazirlərinin onlayn görüşünə ev sahibliyi edəcək

Kanada bildirib ki, oktyabrın 20-də dünyanın qadın xarici işlər nazirlərinin onlayn görüşünə ev sahibliyi edəcək.

Qadın nazirlər bu görüşdə İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanmış etirazları müzakirə edəcəklər.

Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 19-da deyib ki, qadın xarici işlər nazirləri bu görüş zamanı İran əsilli qadınları birbaşa dinləyəcək və İranda insan haqlarının acınacaqlı vəziyyətini müzakirə edəcəklər:

"Mənim həmkarlarım və mən bu görüşdən aydın mesaj göndərəcəyik: İran rejimi İran xalqına qarşı bütün zorakılıqları və təqibləri, xüsusilə də qadınlara qarşı qəddar təcavüzləri dayandırmalıdır”.

Coli bildirib ki, Kanada öz hüquqları uğrunda cəsarətlə mübarizə aparan, analarının, bacılarının, həyat yoldaşlarının və qızlarının hüquqlarını müdafiə edən iranlıların yanındadır.

İran sentyabrın 16-da Məhsa Əmini hicab qaydasını pozduğuna görə polisə aparıldıqdan və orada vəfat etdikdən sonra 1979-cu il İslam İnqilabından bəri ən qızğın etirazlar təlatümünü yaşayır.

İran hökuməti etirazçılara ölkə boyunca divan tutmağa çalışır.

Osloda mənzillənmiş İran İslam Haqları təşkilatının məlumatına görə etirazlarda indiyədək 20-dən çox uşaq da daxil 215 nəfər ölüb.

XS
SM
MD
LG