Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 00:39

İsrail hərçiləri Suriyadakı "Ağ dəbilqəlilər"i İordaniya köçürüb


Suriyadakı “Ağ dəbilqəlilər” adlı humanitar təşkilatın800-dək üzvü İsrail hərbçilərinin müşaiyəti ilə Suriyanın cənubundan İordaniyaya köçürülüblər.

Bu barədə AzadlıqRadiosu iyulun 22-də Reuters agentliyinə istinadla xəbər yayıb.

Həmin rayon yaxın vaxtlarda Suriya hökumət qoşunlarının nəzarətinə keçməlidir.

Suriya ordusu hazırda İsrailin nəzarətində olan Qolan(Colan) təpəlikləri ilə sərhəddə mövqe tutub.

Razılaşmaya görə, müxalifət döyüşçüləri ya silahı yerə qoyur, yada ki, Suriyanın şimalına çəkilirlər.

İsrail ordusu bəyan edib ki, “Ağ dəbilqəlilər” təhlükədə olduqlarına görə, onları müşaiyət edib.

İsrail hesab edir ki, onlar Suriya hökumətinin əlinə keçə bilərdilər.

Evakuasiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin xahişi ilə keçirilib.

İordaniya hakimiyyəti əməliyyatı təsdiqləyib və onların artıq ölkə ərazisinə keçdiklərini bildirib.

Mülki müdafi təşkilatı olan “Ağ dəbilqəlilər” 2013-cü ildən Suriya müxalifətinin nəzarətində olan rayonlarda fəaliyyət göstərir, insanlara yardım edirdilər.

Onlar həm də mülki sakinlər arasında itkilər barədə məlumat toplayırdılar.

Foto arxiv
Foto arxiv

Buna da bax:"Dəməşq ətrafında dağıntılar altından bir neçə sağ qalmış uşaq çıxarılıb".

“Ağ dəbilqəlilər” I ABŞ, Britaniya, Almaniya və Niderland da daxil olmaqla qərb ölkələri maliyyələşdirir.

XS
SM
MD
LG