Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:42

Dəməşq ətrafında dağıntılar altından bir neçə sağ qalmış uşaq çıxarılıb


Foto arxiv

“Ağ dəbilqəlilər” kimi tanınan mülki müdafiə qrupu yanvarın 20-də hava zərbəsindən sonra Dəməşq ətrafında dağıntıların altından sağ qalmış balaça uşağın necə çıxarıldığını göstərən video yayıb.

Bu hücumun Tişrin rayonunda hökumət qüvvələri tərəfindən törədildiyi hüman edilir.

Suriya insan haqları mərkəzinin məlumatına görə, həmin hücumda azı 4 nəfər ölüb.

Xilasedicilər həmçinin hökumət qüvvələrinin, üsyançıların əsas dayaq məntəqələrindən olan Douma rayonunu atəşə tutduqlarını, 2 nəfərin həlak olduğunu deyirlər.

Burda da dağıntıların altında qalmış bir neçə uşağın xilas edildiyi bildirilir.

Bu görüntülər Suriya ordusunun hücumları intensivləşdirməsindən xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG