Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Ekzit pollar: Bu seçki Netanyahunun ‘siyasi taleyini’ həll edə bilər


Benny Gantz (solda) və Benjamin Netanyahu
Benny Gantz (solda) və Benjamin Netanyahu

İsraildə keçirilən parlament seçkilərinin ardınca Reuters sentyabrın 17-də aparılmış rəy sorğularına istinadən yazır ki, baş nazir Benjamin Netanyahunun “öz siyasi varlığı uğrunda çarpışması” günlər və həftələrlə davam edə bilər.

Beləki, ekzit-pollar seçki nəticələrinin son dərəcə yaxın olacağını göstərir. İsrail televiziyasının keçirdiyi rəy sorğusuna görə Netanyahunun sağ təmayüllü Likud partiyası 120 yerlik parlamentdə 31-33 yer tuta biləcək.

Keçmiş general Benny Gantzın mərkəzçi Mavi və Ağ partiyası 32-34 mandata sahiblənə bilər.

Təhlilçilərin fikrincə belə bir vəziyyətdə hər hansı koalisiyanın yaradılmasında keçmiş müdafiə naziri Avigdor Liebermanın sözü həlledici olacaq.

Liebermanın dəstəyi olmadan Likud Knessetdə cəmi 57 mandatlıq, Mavi və Ağ isə 58 mandatlıqfraksiyaya sahib ola bilər. Bu, hakim çoxluq üçün lazım olan azı 61 mandatdan azdır.

Rəy sorğularına görə “çatışmayan mandatları” - 8-10 yeri Liebermanın partiyası götürəcək.

İsrailin Haaretz qəzeti yazır ki, belə bir şəraitdə Netanyahu və Gantz böyük bir ehtimalla prezident Reuven Rivlinlə məşvərətə girməli olacaqlar.

Yeni hökumətin təşkilinin kimə tapşırılması məsələsini o həll edə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG