Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:17

Gəmidəki partlayışa görə cinayət işi açılıb


İsrafil Hüseynov gəmisi (Arxiv)

Fövqəladə Hallar Nazirliyi (FHN)Baş Prokurorluq «İsrafil Hüseynov» gəmisində baş verən partlayışla bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 8-də «Saipem» şirkətinin icarəyə götürdüyü, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus «İsrafil Hüseynov» borudüzən gəmisində təmir zamanı partlayışla müşayiət olunan yanğın baş verib. Nəticədə Azərbaycan və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

«Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb», - birgə açıqlamada qeyd olunur.

Rəsmi qurumlar bildirir ki, hadisə zamanı xəsarət almış şəxslər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Birgə açıqlamada o da bildirilir ki, hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, FHN, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin başvermə səbəblərinin araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qəzanın ilkin səbəbi açıqlanıb

«İsrafil Hüseynov» borudüzən gəmisində baş verən qəzanın ilkin səbəbi açıqlanıb.

AZƏRTAC «Saipem» şirkətinə istinadla xəbər verir ki, mayın 8-də saat 18:30 radələrində «Saipem» şirkətinin əməliyyat işləri apardığı «İsrafil Hüseynov» borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. «Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar «Citadel» gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb».

Həmçinin vurğulanıb ki, hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb.

Gəmidə yanıq xəsarəti alanlardan xəbər var

««İsrafil Hüseynov» borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər».

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, 14 nəfərin 7-si reanimasiya şöbəsinə, qalanları isə yanıq şöbəsinə yerləşdiriliblər. «Reanimasiya şöbəsindəki 7 nəfərdən 3-nün vəziyyəti kirtikdir, həyati təhlükə mövcuddur», -nazirlikdən vurğulayıblar.

+++

Dünən mayın 8-də Xəzər dənizində "İsrafil Hüseynov” gəmisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər dənizində "İsrafil Hüseynov” gəmisində yanğın baş verib, yanğını gəmi heyəti söndürüb.

Nazirlik əlavə məlumat veriləcəyini qeyd edir.

“Turan” agentliyi isə xəbər verir ki, mayın 8-də axşam saatlarında baş vermiş yanğın nəticəsində "İsrafil Hüseynov" borudüzən gəmisində 14 nəfər xəsarət alıb.

Agentlik bu barədə hal-hazırda Xəzər dənizində gəmini istismar edən "Saipem" şirkətindəki bir mənbəyə istinad edib.

Müxtəlif dərəcədə yanıq xəsərəti alanların başqa bir gəmi ilə Bakıya yola salındığı bildirilir.

“Qafqazinfo” saytında isə yaralıların sayı 13 göstərilir. Saytın xəbərinə görə, onlardan 3-nün vəziyyəti ağırdır.

Xəbərdə qeyd olunur ki, yaralıların əvvəlcə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna gətirilməsi planlaşdırılsa da, vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakı Dəniz Vağzalına aparılıblar.

Multimedia

XS
SM
MD
LG