Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:57

Puçdemon seçki kampaniyasına başladı


Carles Puigdemont

Hazırda Belçikada olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon seçki kampaniyasına başladığını elan edib.

O, Kataloniyadakı regional seçkilərlə bağlı yerli siyasi partiyalara müraciət edib. Onları Kataloniya naminə birləşib eyni mövqedən çıxış etməyə çağırıb.

Onun fikrincə, müstəqillik tərəfdarları seçkidə uğur qazansalar, bu, bölgənin İspaniyadan ayrılması uğrunda mübarizəyə töhfə vermiş olacaq.

Regional seçkiləri İspaniyanın mərkəzi hökuməti təyin edib.

Mərkəzi hökumət bu addımı Puçdemon hökumətinin müstəqillik referendumu keçirməsindən atıb.

İspaniya referendumun nəticələrini rədd edərək Puçdemonu və onun hökumətinin üzvlərini vəzifədən azad edib.

Buna da bax: Keçmiş Kataloniya liderinin həbsinə order verildi

Keçmiş Kataloniya liderinin həbsinə order verildi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG