Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

İspaniya Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını əngəlləyə bilər


Pedro Sanchez
Pedro Sanchez

İspaniya Böyük Britaniya ilə Brekzit (Britaniyanın Avropa Birliyindən çıxması) razılaşmasını əngəlləyə bilər.

Avropa Birliyi liderlərinin bu məsələ ilə bağlı görüşünə 1 sutkadan da az vaxt qalmasına baxmayaraq Madrid məsələyə hələ ki, razılıq verməyib.

İspaniyanın baş naziri Pedro Sançes (Pedro Sanchez) noyabrın 24-də deyib ki, əgər rəsmi Madrid Qibraltar məsələsində əlavə güzəşt almasa İspaniya Brekzit razılaşmasını əngəlləyəcək.

Hazırda Avropa Birliyi, İspaniya və Böyük Britaniya arasında danışıqlar gedir.

Britaniyanın Qibraltar üzərində suverenliyinə qarşı çıxan İspaniya tələb edir ki, Brekzit razılaşmasına belə bir bənd salınmalıdır ki, Qibraltarın gələcəyi Madridlə London arasında birbaşa danışıqlar yolu ilə həll olunmalıdır.

Digər Avropa Birliyi ölkələri Brekzit razılaşmasını noyabrın 25-də keçiriləcək sammitdə təsdiqləməyə hazırdırlar.

Amma bu sənədin taleyi hələ ki,Britaniyanın özündə də bəlli deyil.

Britaniyanın baş naziri Theresa May-in bu sənədi icmalar palatasından keçirməsi üçün yetərincə dəstəyi yoxdur.

Brekzit tərəfdarları hesab edirlər ki, bu razılaşma Britaniya üçün sərfəli deyil.

Brekzitin əlehdarları isə məsələ ilə bağlı ölkədə təkrar referendum keçirilməsini istəyirlər.

Amma May qəti şkildə referenduma qarşıdır.

Son razılaşmaya görə Britaniya Avropa Birliyindən çıxdıqdan sonra da Avropa Birliyi ilə sıx əlaqələrini qoruyub saxlayacaq.

Theresa May
Theresa May

Buna da bax:Theresa May:"Brekzit"lə bağlı mənim planıma alternativ yoxdur

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG