2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirilən mətbuat konfransında bildirib.
“Turan” Agentliyinin xəbərinə görə, bu məbləğin 60 mln. dollara yaxını 2016-cı ildə xərclənib, qalan məbləğ 2017-ci ilə nəzərdə tutulub.
Buna da bax: İslam Oyunlarına hazırlıq müzakirə edildi
Oyunlara 6 min idmançı gələcək
Nazirin sözlərinə görə, vəsaitin əsas hissəsi Olimpiya stadionunda olacaq açılış və bağlanış mərasimindən ötrü nəzərdə tutulub.
Bakıda keçirilən bu oyunlara 6 min nəfər gələcək, bunun 4 min nəfəri idmançılar, 2 min nəfəri isə texniki heyət və nümayəndə heyətləridir.
Atletlər kəndi satışa çıxarılacaq
“Atletlər Kəndində 6 min nəfər yerləşdiriləcək. Oyunlar başa çatdıqdan sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq”, deyə Rəhimov bildirib.
Buna da bax: Deputat: 'Onda belə ciddi problemlər yox idi...'
Azad Rəhimovun bundan əvvəl bildirməsinə görə, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları 1 mlrd. dollarına başa gəlmişdi. Ondan gəlir isə cəmi 100 mln. dollar təşkil etmişdi.
Jurnalist araşdırmalarına görə isə, I Avropa Oyunları Azərbaycana 5 mlrd. dollara başa gəlib.
2017-ci ilin dövlət büdcəsində beynəlxalq oyunların təşkilinə 300 milyon manatdan bir qədər çox vəsait ayrılıb. Bu təqribən noyabrın 28-də enerji daşıyıcılarının qiymətinin qaldırılmasından əldə ediləcək gəlirə bərabərdir.
Şərhlər (4)
Daha çox şərh göstər