Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 19:13

İslam oyunları üçün 'Yanar bulaq' dan su götürülüb


Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı su səyahəti, Astara rayonu, "Yanar bulaq"-dan su götürülür

IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb.

Aprelin 9-da Astarda “Su səyahəti” keçirilib. Rayonun Ərçivan kəndin ərazisində olan “Yanar bulaq”dan su götürülüb.

“Su səyahəti ”nin ölkənin 15 bölgəsində keçirilməsi nəzərdə tutulub. Bölgələrdən götürülmüş su Bakıya aparılacaq və aprelin 12-də İslam Həmrəylik Oyunların açılışında nümayiş etdiriləcək.

“Yanar Bulaq” Bak-Astara yolun yaxınlığında yerləşir. Yolda maşınların hərəkəti məhdudlaşdırılıb. ”Su səyahəti ” polislərin nəzarəti altında keçib.

Bu il aprelin 5-i IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Xəzərdən “Su səyahəti” başlayıb. Həmin mərasimdə prezident və ailə üzvləri də iştirak edib.

İslam Həmrəyliyi Oyunları üçün Astara rayonunda su götürülən "Yanar bulaq", 9 aprel 2017
İslam Həmrəyliyi Oyunları üçün Astara rayonunda su götürülən "Yanar bulaq", 9 aprel 2017

Su IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi götürülür.
Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışlara 50-dən çox müsəlman ölkəsindən 3 min idmançının qatılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG