Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Məşğulluq strategiyasının hədəfi - 4 faiz işsizlik


Masallı rayonunda "qul bazarı" (Foto arxivdəndir)
Masallı rayonunda "qul bazarı" (Foto arxivdəndir)

Azərbaycan 2030-cu ilə qədər işsizliyin 4 faiz səviyyəsinə endirilməsini hədəfləyir.

Prezidenti İlham Əliyevin bu gün, oktyabrın 30-da imzaladığı “Azərbaycanın Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamda belə nəzərdə tutulur.

Sənəddə yazılır ki, strategiyanın məqsədi səmərəli şəkildə uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılmasıdır.

Strategiyanın həyata keçirilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul olacaq.

Həmin nazirlik aidiyyəti dövlət orqanları ilə birgə strategiyanın həyata keçirilməsi ilə bağlı 2019–2025-ci illər üzrə tədbirlər planı hazırlayıb, prezidentə təqdim etməlidir.

Prezidentin təsdiqlədiyi Məşğulluq Strategiyaya görə, qarşıya qoyulan məqsədə çatmaqdan ötrü bir neçə istiqamətdə fəaliyyətlər həyata keçiriləcək. Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, habelə əmək standartlarının təkmilləşdirilməsi planlaşdırılır. Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi də bu sıradadır.

Strategiyanın əsas hədəflərindən biri də rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 48 faizdən 2030-cu ilədək 80 faizə çatdırmaqdır.

Sənəddə işsizlik səviyyəsinin 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında bunu minimum səviyyəyə endirmək hədəflənir.

Xatırlatma

Rəsmi qurumlar dəfələrlə bəyan ediblər ki, hazırda ölkədə işsizliyin səviyyəsi 5 faizdir. Müstəqil ekspertlər bu rəqəmə ciddi şübhə bəsləyirlər. Üstəlik, onlar vurğulayırlar ki, kənd rayonlarında pay torpaqlarında əkin-biçin işi görənlər də məşğul əhali sırasına daxil edilir. Halbuki, onların bir çoxlarının qazanclarının çox cuzi olduğu bəllidir.

XS
SM
MD
LG