Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 20:56

Necə olur ki, Daşkəsəndə 2, Şəkidə 3 nəfər işsiz müavinəti alır? [video]


İşsizlər niyə müavinət ala bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

İşsizlər niyə müavinət ala bilmirlər? [A-Live]

Necə olur ki, keçən il, təqribən 184 min əhalisi olan Şəki rayonunda cəmi üç nəfər işsizliyə görə müavinət alıb?

Bu Dövlət Statistika Komitəsinin məlumatıdır.

Statistikaya görə, Hacıqabul rayonunda bircə nəfərə də işsizliyə görə pul verilməyib, Daşkəsəndə 2 nəfər, Tovuzda 8 nəfər işsizliyə görə müavinət alıb.

Bəs, işini itirənlərə dövlət müavinətlərinin verilməsindən imtina edilir, yoxsa, işsizlər özləri bu pul üçün müraciətə həvəsli olmurlar?

Buna da bax: “Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”

Müsavat Partiyasının Şəki şöbəsinin sədri Bakıxan Qəribova deyəndə ki, “Şəkidə cəmi 3 nəfər işsizliyə görə müavinət alır” gülür. Deyir, Şəkidə işsiz çoxdur:

"Bütün çayxanalar doludur. Şəki bir az baməzə yerdir. Bir birlərinə deyirlər ki, atışaq bir çay içək- yəni, 50 qəpikləri də yoxdur çay içməyə. Yəni, Şəkidə vəziyyət bu cürdür. Şəkidə məşğulluq idarəsinə müraciət edəndə hamını göndərirlər kommunal xidmət idarəsinə, məlum olur ki, bu iş nə sənin yaşına uyğundur, nə də ixtisasına".

Buna da bax: 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

Bakıxan Qəribov deyir ki, özü də 25 ildir işsizdir, dörd il əvvəl Şəki şəhər Məşğulluq İdarəsinə müraciət edib, ona da deyiblər ki, təmizlikçi işlə. O da razılaşmayıb.

Şəki Məşğulluq İdarəsi gün ərzində telefonlarımıza cavab vermədi, idarənin mövqeyini öyrənmək mümkün olmadı.

Məşğulluq İdarələrinin aid olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.

Daşkəsən Məşğulluq İdarəsindən isə sualımızı eşidən kimi dəstəyi asdılar.

Buna da bax: DSK: 'İş yerləri ilin əvvəlindən 12 min artıb'

Abşeron rayon Məşğulluq Mərkəzindən 2016-cı ilin avqustunda “AzadlıqRadiosu”na deyiblər ki, iş üçün müraciət edənlər çox vaxt təklif olunan işlərlə razılaşmırlar. Heç kim fəhləlik, bənnalıq eləmək istəmir.

Dövlət Məşğulluq İdarəsinin internet saytında yazılıb ki, işaxtaran qeydiyyata alındıqdan sonra ona 10 gün ərzində iki dəfə iş təklif edirlər, imtina etsə, adama müavinət verilmir. Orta aylıq müavinət yanvarın 1-ə olan məlumata görə, 257 manatdır. Dövlət həmin müavinəti yalnız o zaman verir ki, vətəndaşa münasib iş təklif edə bilmir. Münasib sözünün təsviri barədə məlumat yoxdur. Elə əsas şikayətlər də həmin "münasib" məsələsinə görə olur. Bizimlə söhbət edən işsiz vətəndaşların tam əksəriyyəti onlara təklif olunan işləri özlərinə münasib görmədiklərini deyirlər.

Buna da bax: Azərbaycanda həkim, müəllim, poçt işçisi olmaq olar, amma... [video]

İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, işsizliyə görə yardım ödənməsi sistemdə prosedur mürəkkəbdir, ona görə adamlar müavinət ala bilmirlər:

Rəşad Həsənov
Rəşad Həsənov

"İnsanlar adətən müavinət üçün müəyyən olunan həmin kriteriyalara cavab vermirlər. Məsələn, yaşayış tərzi, onun mülkiyyəti və s. Prosedur mürəkkəbdir".

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Rəşad Həsənov təklif edir ki, işsizliyə görə müavinət problemi həll etməyəcək, iqtisadiyyatda monopoliyanı aradan qaldırmaq, yeni iş yerləri yaratmaq lazımdır.

Prezident İlham Əliyev isə oktyabrın 20-dəki çıxışında deyib ki, 2004-cü ildən bəri 2 milyondan çox iş yeri açılıb. Amma Azərbaycanda işsizlikdən şikayətlər xüsusilə son iki ildə daha çox artıb. İki il öncə manatın devalvasiyasından sonra bəzi şirkətlərin işləməsi üçün çətinlik yaranıb, tikinti layihələrinin əksəriyyəti dayanıb.

Buna da bax: ABŞ-da baza gəliri eksperimenti aparılır

Rəsmi statistikaya görə, Azərbaycanda cəmi 33 min nəfər işsiz kimi qeydə alınıb. Amma hökumətin tənqidçiləri işlərin sayının əslində rəsmi statistikadan dəfələrlə çox olduğunu deyirlər.

Buna da bax:

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

XS
SM
MD
LG