Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:46

Iraqın Mosul şəhərində özünü İslam Dövləti adlandıran qrup 284 kişi və oğlan uşağını öldürüb. Qətl bu həftənin 4-cü və 5-ci günü aparılıb.

CNN-ə adının çəkilməsini istəməyən mənbə bildirib ki, uşaqlar daxil bütün qətlə yetirilənlər güllələnib.

İD yaraqlıları kütləvi qətlə yetirilənlərin dəfni üçün buldozerdən istifadə edib.

CNN bildirir ki, bu məlumatı müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib.

BMT-nin məlumatına görə, İD-in işğal etdiyi Mosul və ətrafındakı kəndlərdə 550 ailə qalıb və onlar hökumət qoşunları ilə mübarizədə yerli əhalidən “canlı sədd” kimi istifadə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG