Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:38

“Ölkədə siyasi baxımdan haqq-ədalətin ən aşağı səviyyədə olduğu mərhələyə gəlib çıxmışıq. Hakimiyyət heç nədən çəkinmədən istədiyi addımı atır...”

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Azərbaycan cümhuriyyətimizin 100-cü ildönümü ərəfəsində” mövzusunda toplantıdakı çıxışında belə deyib.

İ.Qəmbər bildirib ki, mövcud vəziyyətə mənfi qiymət vermək zorundadır:

Buna da bax: 'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir'

“İndiki hakim rejim ölkədəki köklü problemlərin heç birini həll etməyib. Vəziyyət agırlaşmaqda davam edib. Qarabağ məsələsi həllini tapmayıb, bu hakimiyyət dönəmində heç bir irəliləyiş olmayıb. Hökumət real heç bir addım atmır, imitasiya edir”.

O, sosial iqtisadi duruma da toxunub.

Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]

“Bu sahədə durum bəllidir. Ölkə ağır böhran içindədir. Gələn ilin büdcəsi də bunu təsdiq edir. Doğrudur büdcə artıb, amma artım neftin qiyməti ilə bağlıdır. Neft 40 dollara düşəndə hökumət əl-əyağa düşüb iqtisadi islahatlar haqda düşünürdü. Düşünməyə məcbur olmuşdu. Ancaq elə oldu ki, neft bahalaşdı, sabitləşdi, bunlar da islahat məsələsini unutdular. Yenidən yeyintini, mənimsəməni düşünməyə başladılar. Dəhşətli dərəcədə biabırçı bir vəziyyət yaranıb”, - İ.Qəmbər vurğulayıb.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

O, Qafqaz ölkələrinin, habelə Rusiya və Qazaxıstanın iqtisadi göstəricilərinə toxunub.

“Bunların içində yalnız Azərbaycanda Ümumi Daxili Məhsul azalıb. Hətta hakimiyyətin zaman-zaman lağ eləmək istədiyi Ermənistanda da inkişaf var. Azərbaycanda isə mənfi göstəricilər ortadadır. Axı, bunu necə izah eləmək olar ki, bu gün Ermənistanda və Gürcüstanda orta maaş Azərbaycandan çoxdur? Ölkəni belə bir bərbad vəziyyətə salıblar”, – o, vurğulayıb.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

Büdcədə neftin hesabına bir az artım olduğunu ifadə edən İ.Qəmbər hökumətin bundan effektiv yararlanmadığını vurğulayıb.

“Artımı yenə tikintiyə yönəldiblər”, – o, qeyd edib.

İ.Qəmbər deyib ki, Azərbaycanda hüquq və azadlıqlar təmin edilmir. Onun bildirməsinə görə, ölkədə siyasi məhbusların sayı artır.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Xatırlatma

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, ölkədə hazırda 150 civarında siyası məhbus var. Onların 10-dan çoxu jurnalist və bloqqerdir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Üstəlik, Azərbaycan rəsmiləri ölkədə iqtisadi böhran haqda deyilənləri də qəbul etmirlər. Onlar vurğulayırlar ki, ölkədə qeyri neft sektorunda inkişaf var. Bundan başqa ixrac idxalı üstələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG