Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:38

İraq Kərkük neftini özü satmağa başlayır


Bai Hassan neft yatağı İraq ordusunun nəzarətində, Kərkük. 17 oktyabr, 2017

İraq və İran neft mübadiləsi haqda saziş bağlayıblar.

Sazişə görə, Kərkükün şimalından İrana gündə 30-60 min barrel neft ixrac olunacaq.

Bunun əvəzində İran öz neftini İraqın cənubundakı limanlara çatdıracaq.

İraq hətta gələcəkdə Kərkükdən İrana neft kəməri çəkməyi də planlayır.

Gözlənilir ki, bu, Kərkükdən Türkiyə vasitəsilə Aralıq dənizinə neft nəqli marşrutunu əvəzləyəcək.

İraq ordusu bir neçə ay qabaq Kərkükü kürd yaraqlılarından alıb. Həmin vaxtacan nefti kürdlər özləri satırdılar.

Bu addım orada kürdlərin müsətqillik referendumu keçirməsindən sonra atılıb.

Buna da bax: Iraq kürd muxtariyyəti referendumun nəticəsini açıqladı

Iraq kürd muxtariyyəti referendumun nəticəsini açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG