Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

İraq İŞİD “xilafətinin” sonunu elan edib, Raqqa mühasirədədir


Mosulun mərkəzindəki Ən-Nuri məscidi İŞİD-in İraqdakı son istehkamı idi
Mosulun mərkəzindəki Ən-Nuri məscidi İŞİD-in İraqdakı son istehkamı idi

İraqın baş naziri Haidar al-Abadi, özünü İslam Dövləti adlandıran təşkilatın elan etdiyi “xilafətin” sona çatdığını bəyan edib.

Abadinin bu bəyanatı iyunun 29-da ABŞ tərəfindən dəstəklənən İraq xüsusi qüvvələrinin Mosul şəhərinin mərkəzindəki Böyük Ən-Nuri Məscidinin xarabalıqlarını ələ keçirməsindən sonra verilib.

Bu məscid iyunun 21-də İŞİD döyüşçüləri tərəfindən dağıdılıb.

2014-cü ilin 29 iyununda İŞİD lideri Əbu Bəkr əl-Bağdadi özünün xilafətini məhz bu məsciddə elan etmişdi.

Bağdadinin özünə gəldikdə isə, Rusiyanın vəzifəli diplomatları onun Rusiyanın hava zərbələri nəticəsində həlak olduğunu bildiriblər. Bu xəbər müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Buna baxmayaraq iyunun 29-da İranın dövlət xəbər agentliyi ali rəhbər Əli Xamneyinin xüsusi nümayəndəsi Əli Şiraziyə istinadən bildirib ki, Bağdadinin “öldürüldüyü dəqiqdir”.

İraqın və koalisiyanın rəsmiləri bildirirlər ki, Mosulda qalan 300-dək İŞİD cihadçısı müqaviməti davam etdirir.

Abadi özünün Tvitter postunda yazıb ki, “bu, saxta İslam Dövlətinin sonudur”.

ABŞ koalisiyasının sözçüsü Ryan Dillon deyib ki, o, İD-in məhv edilməsi barədə dəqiq bir söz söyləyə bilməz, lakin bu, artıq həftələrin yox, günlərin məsələsidir”.

Buna baxmayaraq İraq qoşunları ilə birlikdə olan BBC müxbiri bildirir ki, Ən-Nuri məscidinin xarabalıqları hələ də snayper atəşlərinə tutulur.

Associated Press agentliyi isə xəbər verir ki, Mosuluin “Qədim şəhər” hissəsində, toqquşmalar hələ də davam edir.

AzadlıqRadiosu bildirir ki, Mosulun alınması zamanı verilmiş hərbi və əhali qurbanlarının sayı qarşıdan gələn günlərdə bəlli olacaq.

İraq xüsusi qüvvələrinin komandiri Dia Tamir deyir ki, xarabalıqlar altında yüzlərlə cəsəd var.

Xüsusi qüvvələrin general-mayoru Sami al-Aridi isə etiraf edib ki, dinc əhali arasında koalisiya qüvvələrinin zərbələrindən çox sayda ölənlər var.

Raqqa mühasirədədir

ABŞ-ın dəstəklədiyi Suriya qüvvələri Raqqanı mühasirəyə alıb

AzadlıqRadiosu yerli müşahidə qruplarına istinadən xəbər verir ki, ABŞ tərəfindən dəstəklənən qüvvələr Suriyada İslam Dövləti adlandırılan təşkilatın de facto paytaxtı Raqqanın mühasirəyə alınması əməliyyatını başa çatdırıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu iyunun 29-da xəbər verib ki, ABŞ tərəfindən dəstəklənən və kürd və ərəblərdən ibarət olan Suriya Demokratik Qüvvələri (SDQ) islamçı ekstremistlərin bütün tərəflərdən mühasirəyə alınmasını başa çatdırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG