Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:27

İranda indiyədək bəyan edilməmiş yerdə uran zərrəcikləri aşkar olunub


Fordo nüvə stansiyasında
Fordo nüvə stansiyasında

Birləşmiş Millətlər Təşkilatının nüvə gözətçisi bildirir ki, onun silah müfəttişləri İranda bundan əvvəl bəyan edilməmiş məkanda “antropogen mənşəli təbii uran zərrəcikləri” aşkar ediblər.

Beynəlxalq Atom Enerjisi Agentliyi özünün noyabrın 11-də açıqlanmış məxfi rüblük hesabatında sözü gedən yeri göstərməyib.

İsrail İranı Tehran ətrafındakı Turquzabadda əvvəllər bəyan edilməmiş yerdə nüvə fəaliyyəti ilə məşğul olmaqda ittiham edib.

Agentliyin hesabatında bu da bildirilir ki, İranın aşağı dərəcəli zənginləşdirilmiş uran ehtiyatları 2015-ci il nüvə sazişinin şərtlərini pozaraq artmaqda davam edir.

Bu da bildirilir ki, İran özünün Fordo nüvə qurğusunda uranın zənginləşdirilməsinə başlayıb.

ABŞ 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan və Tehranın üzərinə sanksiyaları bərpa etdikdən sonra İran bu saziş üzrə öhdəliklərini pozmağa başlayıb.

İran rəsmiləri gileylənirlər ki, bu sazişi imzalamış digər ölkələr ABŞ sanksiyalarının İrana vurduğu ziyanı neytrallaşdıra bilməyiblər.

Tehran bunu da bildirir ki, o, istənilən vaxt saziş üzrə öhdəliklərinin icrasına qayıda bilər.

Avropa İttifaqı xarici işlər komissarı, habelə Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranın Fordo stansiyasında uranın zəngiləşdirilməsinə başlamaq qərarından narahatlıq ifadə ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG