Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

İran Hörmüz boğazında xarici tanker saxladığını deyir


İranın dəniz donanması Fars körfəzinsdə və Hörmüz boğazında vaxtaşırı “qanunsuz yanacaq daşımasına görə” xırda gəmiləri saxlayır (Foto arxivdəndir)
İranın dəniz donanması Fars körfəzinsdə və Hörmüz boğazında vaxtaşırı “qanunsuz yanacaq daşımasına görə” xırda gəmiləri saxlayır (Foto arxivdəndir)

İranın dövlət mediası bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qanunsuz neft daşıyan tanker və onun heyətini saxlayıb.

Dekabrın 30-da verilmiş məlumatda tankerin hansı dövlətin bayrağı altında üzdüyü bildirilmir.

İran tərəfi bildirib ki, sözü gedən gəmidə 1 milyon litr yanacaq var və bu gəmi dekabrın 29-da Hörmüz boğazındakı Larak adasının yaxınlığında saxlanıb.

Bəzi məlumatlara görə sözü gedən gəminin heyətində 16 Malayziya vətəndaşı var. Gəmidə daha 12 xaricinin olduğu bildirilir.

İrandan verilən bu xəbərə hələlik heç bir beynəlxalq daşıma şirkəti və ya heç bir xarici hökumət reaksiya verməyib.

İranın dəniz donanması Fars körfəzinsdə və Hörmüz boğazında vaxtaşırı “qanunsuz yanacaq daşımasına görə” xırda gəmiləri saxlayır.

Buna baxmayaraq İran son vaxtlarda bir neçə beynəlxalq gəmini də saxlayıb.

Bu, ABŞ ötən il İran üzərinə ağır iqtisadi sanksiyaları bərpa etdikdən sonra baş verib.

ABŞ İranın xarici neft bazarına çıxışını bloklamağa çalışır.

Bu il ərzində Qərb İranın neft tankerlərindən birini saxlamışdı. Bu tankerin nefti Suriyaya daşıdığına dair şübhələr vardı.

Dekabrın 30-da ABŞ rəsmiləri bildirmişdilər ki, İran onun İraq və Suriyada dəstəklədiyi Kataeb Hizbullah qruplaşmasının mövqelərinə hava zərbələri endirilməsinə cavab verə bilər.

İran hərbiyyəsi bu həftə Hind okeanında və Oman körfəzində Rusiya və Çinlə birlikdə dəniz manevrləri keçirib.

Tehran bildirmişdi ki, bu manevrlərdən məqsəd “regionda beynəlxalq ticarətin təhlükəsizlyinin” təmin edilməsidir.

Birləşmiş Ştatlar, Britaniya və başqa müttəfiqlər Fars körəfəzi regionunda öz tankerlərinin hərbi gəmilərlə müşayiət olunmasını təşkil ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG