Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

İran Vyanada neft sanksiyalarının qaldırılmasını tələb edib


Vyana danışıqları
Vyana danışıqları

Qərb diplomatları isə nüvə və sanksiyalar arasındakı müzakirə balansının saxlanmasını istəyirlər

2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün İran və Birləşmiş Ştatlar arasında Avropanın vasitəçiliyi ilə Vyanada aparılan danışıqların növbəti dövrəsi dekabrın 27-də bərpa olunub.

Bu dövrədə keçirilən danışıqların əsas mövzusu İranın üzərindəki sanksiyaların qaldırılmasının mümkünlüyü barədə idi.

Qərb danışıqçıları müzakirələrin çox ləng getməsindən narahatdırlar və bildirirlər ki, indi 2015-ci il sazişinin dirçəldilməsi imkanı üçün “aylar yox, həftələr” qalır.

Almaniya, Fransa və Britaniya danışıqçıları bildirirlər ki, həmin vaxtdan sonra danışıqların davam etdirilməsi mənasız olacaq.

İranın üzərindəki sanksiyaların qaldırılması müqabilində onun öz nüvə fəaliyyətini məhdudlaşdırmasını nəzərdə tutan sazişin ilkin variantından indi çox az şey qalıb.

Avropa İttifaqının danışıqlardakı əsas təmsilçisi Enrik Mora deyib:

"Əgər biz bu günlərdə və həftələrdə yaxşı işləsək, pozitiv nəticə əldə edə bilərik. Bu, çox çətin, çox mürəkkəb olacaq. Çətin siyasi qərarlar həm Vaşinqtonda, həm də Tehranda qəbul olunmalıdır”.

Hamıda “təcililik hissi” var

Cənab Mora İran, Rusiya, Çin və Avropa üçlüyünün iştirakı ilə keçirilən danışıqlardan dərhal sonra məlumat verib:

"Danışıqlarda iştirak edən bütün nümayəndə heyətlərində onları nisbətən məqbul vaxt müddətində başa çatdırmaq üçün bir təcililik hissi var. Mən yenə də heç bir limit qoymayacağam, amma indi işi başa çatdırmaq üçün aylar yox, həftələr qalır”.

İran hələki bu danışıqlarda ABŞ nümayəndələri ilə eyni masa arxasında oturmaq istəmir. Bu isə o deməkdir ki, başqa nümayəndə heyətləti daim bu ikisinin arasında gedib-gəlməli olurlar.

ABŞ danışıqların belə formatından daim narazılıq edib. Amerikalılar bildirirlər ki, belə format prosesi yavaşıdır. Bir sıra Qərb diplomatları isə Tehranın vaxt aparmasından şübhələnməyə başlayıblar.

Bəzi ekspertlərin fikrincə İran nüvə bombasının hazırlanması üçün hələ bir qədər də nüvə materialı istehsal etməlidir. Lakin onlar bildirirlər ki, bucür davam eləsə İran bir neçə aya, uzağı bir ilə atom bomsası düzəltmək qabiliyyətinə malik olacaq.

İranın əsas tələbi neft sanksiyalarının qaldırılmasıdır

İran mediasının xəbər verdiyinə görə ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, burada əsas məsələ İranın öz neftini maneəsiz və asan sata biləcəyi məqama çatılmasıdır.

Lakin Mora deyib ki, İran üzərindəki sanksiyaların qaldırılması və onun əməl etməli olduğu nüvə məhdudiyyətləri hələ müzakirə olunmalıdır.

Amma İran bildirir ki, Tehran sazişin şərtlərinə qayıtmazdan əvvəl ABŞ onun üzərindəki sanksiyaları qaldırmalıdır, hərçənd Qərb diplomatları nüvə və sanksiyalar arasındakı müzakirə balansının saxlanmasını istəyirlər.

ABŞ sanksiyaları ilə İranın neft satması qadağan olunub. Neft ixracatı Tehranın əsas xarici valyuta mənbəyidir.

Bəzi təxminlərə görə İranın neft ixracı 2018-ci ildəki günə 2.8 milyon barreldən hazırda 200 min barrelə düşüb.

Mora bildirib ki vaxt itirilməməsi üçün Milad və Yeni il bayramları arasındakı günlərdə də danışıqlar aparılmalıdır.

Fransa, Britaniya və Almaniya nümayəndələri danışıqların 7-ci dövrəsindən sonra deyiblər ki, indi müzakirələr iyun ayındakı səviyyəsinə yaxınlaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG