Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:08

İran raket təlimləri ilə İsrailə xəbərdarlıq etdiyini bildirib


İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami

Bəzi xəbərlərə görə ballistik və qitələrarası raketlərin atışı da daxil keçirilən hərbi təlim dekabrın 24-də başa çatıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı deyib ki, bu həftə ölkədə keçirilmiş hərbi manevrlərdən məqsəd İsrailə xəbərdarlıq mesajı göndərməkdir.

Bəzi xəbərlərə görə ballistik və qitələrarası raketlərin atışı da daxil keçirilən hərbi təlim dekabrın 24-də başa çatıb.

General Hüseyn Salami deyib ki, “bu təlimlərdən məqsəd sionist rejimin rəhbərliyinə buraxdıqları səhvlərdən agah olmaları üçün ciddi, real mesajın verilməsidir”.

Tehranın bu bəyanatı Britaniya tərəfindən dərhal qətiyyətlə pislənib.

London İranın bu təlimlərdə ballistik raketlərdən istifadəsini “regional və beynəlxalq təhlükəsizlik üçün hədə” adlandırıb.

İran mollaları pulsuz prezervativi qadağan etdi
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

2231 nömrəli qətnamə

Britaniya Xarici İşlər Nazirliyinin dekabrın 24-də açıqlanmış bəyanatında deyilir:

"Bu raketlərin atışı BMT Təhlükəsizlik Şurasının 2231 Qətnaməsinin aşkar şəkildə pozulmasıdır. Bu qətnamə İrana nüvə başlığı daşımağa qabil ballistik raketlərlə fəaliyyəti qəti qadağan edir”.

London İrandan bu kimi hərəkətlərə dərhal son qoyulmasını tələb edib.

İran Silahlı Qüvvələri baş qərargahının rəisi general-mayor Məhəmməd Bageri deyib ki, təlim zamanı eyni vaxtda atılan müxtəlif tipli 16 ballistik raket şərti hədəfləri dəqiq vurub.

Lakin təhlilçilər bildirirlər ki, Bagerinin bəyanatının doğruluğunu müstəqil şəkildə yoxlamaq mümkün deyil. Qərb ekspertləri isə deyirlər ki, İran çox vaxt özünün hərbi qüdrətini şişirtməyə çalışır.

Bageri də dövlət mediasına deyib ki, bu təlimlər İsrailin “son zamanlar yaratdığı hədələrə” cavabdır.

İsrail ABŞ-ı inandırmağa çalışır

İsrail bundan əvvəl dəfələrlə bildirib ki, İranın atom bombası əldə etməsinin qarşısını almaq üçün ona önləyici zərbə endirməyə hazırdır.

İsrailin Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkə olduğuna inanılır.

Tehran israr edir ki, onun bütün nüvə fəaliyyətləri dinc səciyyə daşıyır.

İran 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün Vyanada danışıqların getdiyi bir vaxtda özünün nüvə proqramını inkişaf etdirməkdə davam edir.

Bu danışıqlar dekabrın 27-də bərpa olunacaq.

İran sözü gedən manevrlərə dekabrın 20-də ölkənin cənub bölgələrində başlamışdı.

2015-ci il nüvə sazişinin canlandırılmasına qarşı çıxan İsrailin baş naziri Naftali Bennet bu təlimlərin ərəfəsində, dekabrın 22-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb.

Bəzi xəbərlərə görə onlar İranla bağlı “ən pis ssenarini” müzakirə ediblər.

Bennet İranı “nüvə şantajında” ittiham edib və bildirib ki, Tehran, üzərindəki sanksiyaların qaldırılmasından nüvə silahı əldə etmək və israillilərə ziyan vurmaq üçün istifadə edə bilər.

Sallivan isə müxbirlərə demişdi ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında ən yaxşı vasitənin diplomatiya olduğuna inanmaqda davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG