ABŞ-ın Federal Avisasiya İdarəsi ölkənin Fars körfəzi üzərindən uçan kommersiya təyyarələrinə xəbərdarlıq edib ki, İranla ABŞ arasında münasibətlərin gərginləşdiyi bir vaxtda onların tanıtım nişanları səhf salına bilər.
Bu barədə AzadlıqRadiosu mayın 18-də Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verir.
İdarənin mayın 16-da yaydığı bəyanatda bildirilir ki, son günlər regionda hərbi iştirak və siyasi gərginliyin artması ABŞ mülki təyyarələrinin uçuşlarını risk altına alır.
Qeyd edək ki, Vaşinqton bu günlərdə regiona qırıcı və bombar-dmançı təyyarələr, habelə digər hərbi avadanlıqlardan ibarət təyyarədaşıyan gəmi göndərib.
ABŞ Dövlət Departamenti həmçinin qonşu İraqdakı səfirliyinin bütün əməkdaşlarını müvəqqəti bu ölkədən çıxarıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il-2018-ci ildə ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.
Buna da bax: İran gərginliyin azaldılması üçün ABŞ-la danışığın ‘mümkün olmadığını” deyir
İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.
ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.
Birləşmiş Ştatlar İranı nüvə sazişinin şərtlərini pozmaqda günahlandırır.
Tehran ittihamı rədd edir.