Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:12

İran dünya güclərinə nüvə sazişi ilə bağlı iki təklif verdiyini deyir


Fordonun daxili
Fordonun daxili

Vyanada nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar İranla Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında aparılır

BMT-nin atom gözətçisi - Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın Fordo nüvə stansiyasında uranın daha təkmil sentrifuqlarda zənginləşdirilməsinə başlamaqla 2015-ci il nüvə sazişinin şərtlərini daha da pozduğunu bəyan etməsinə rəğmən Tehran bildirir ki, sözü gedən razılaşmanın əldə olunması çox yaxındır.

İranın baş nüvə danışıqçısı, xarici işlər nazirinin müavini Əli Bageri Kani dekabrın 2-də deyib ki, onun komandası sanksiyaların qaldırılması və nüvə öhdəliklərinə dair iki təklif sənədini Fransa, Almaniya, Britaniya, Rusiya və Çindən ibarət dünya güclərinə təqdim edib.

İran uran zənginləşdirməni genişləndirir

İran daha qabaqcıl sentrifuqlar vasitəsilə zənginləşdirilmiş uran istehsalına başlayıb. Bunu BMT-nin atom enerjisi agentliyi bildirir. İranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə bərpa olunmuş danışıqların üçüncü günündə belə bir açıqlamanın yayılması yeni narahatlığa səbəb olub.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) dekabrın 1-də hesabatında bildirib ki, İran Fordo Yanacaq Zənginləşdirmə Zavodunda (FYZZ) daha qabaqcıl maşınlarda uranın 20 faizədək zənginləşdirilməsi prosesinə start verib.

İran təsdiqləyir, amma...

BAEA müfəttişləri noyabrın 30-da yeraltı nüvə obyektində olublar. Onlar uranın yüksək effektli sentrifuqalarda uranın zənginləşdirilməsi üçün addımlar atıldığını bildiriblər. BAEA Fordo zavoduna təftişlərin tezliyini artırmağı planlaşdırır.

2015-ci il nüvə sazişi İranın Fordoda uran zənginləşdirməsinə icazə vermir.

İranın BAEA-dakı daimi missiyası hesabatın əhəmiyyətini kiçiltməyə çalışıb, Twitter-də bunun “İranda müntəzəm verifikasiyaya uyğun adi yeniləmə” olduğunu yazıb.

İran Fordoda uranın 20 faizədək zənginləşdirilməsini təsdiqləyib. BAEA-dakı damini missiyanın icraçı direktoru Məhəmməd-Rza Galebi bunun dinc məqsədlərə xidmət etdiyini bildirib.

Vyanada nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar İranla Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında aparılır. Birləşmiş Ştatlar danışıqlarda dolayısı ilə iştirak edir. Çünki İran ABŞ elçiləri ilə birbaşa təmasdan imtina edir.

“Bu, adi məsələ deyil”

Qərb təmsilçiləri danışıqlarda üstünlük əldə etməyə çalışırlar. BAEA-nın Baş direktoru Rafael Qrossi son hadisəni narahatlıq qarşılaşdığını açıqlayıb.

“Bu, həyəcanı ikiqat artırır. Bu, adi məsələ deyil. İran bunu edə bilər, amma belə bir ambisiyan varsa, təftişləri də qəbul etməlisən. Bu vacibdir”, – Qrossi Fransanın “France 24” telekanalına deyib.

Noyabrın 29-dan başlanmış danışıqlarda ciddi proqres əldə olunmayıb.

Türkmənistan qazı Azərbaycana niyə lazım olub?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

2015-ci il sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsinin sazişdən çıxdığını elan edəndən sonra İran da öhdəliklərinin icrasını azaltmağa başladı.

Prezident Co Bayden İranın öhdəliklərinə tam əməl edəcəyi halda sazişə yenidən qoşulmağı vəd edib. Amma Tehran əvvəlcə Vaşinqton addım atmasını istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG